ÜST-ün nümayəndəsi Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasında olub - Fotolar
02.04.2021 20:37
31 mart 2021-ci il tarixdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Radu Kojekaru (Radu Cojocaru, Technical Officer laboratory, WHO CO Azerbaijan) Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasını ziyarət edib. Görüşün keçirilməsində əsas məqsəd keyfiyyətə nəzarət və bioloji təhlükəsizliyin laborator aspektlərinin qiymətləndirilməsi olub. Görüş çərçivəsində pandemiya dövründə laborator diaqnostikanın yaxşılaşdırılması üçün texniki dəstəyin müzakirəsi keçirilib.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriya şöbəsinin müdiri Sevinc Gülmalıyeva və PZR laboratoriyanın həkim-laborantı Səbinə İbrahimova ilə Radu Kojekaru arasında keçirilən görüş zamanı laboratoriyanın infrastrukturu, laboratoriyada xüsusilə, pandemiya dövründə analizlərin aparılması zamanı təhlükəsizliyə riayət edilməsi, laborator avadanlıqların istismarı, diaqnostik testlərlə işlər və s. məsələlər müzakirə olunub. Ekspert analizlərin yığılması, daşınması, qəbulu və qeydiyyatını qiymətləndirib, pandemiya dövründə laborator proseslərin yaxşılaşdırılması üçün tövsiyələrini verib.
 
Həmçinin, vaksinasiya, COVID-19-a qarşı təhlükəsiz və effektiv vaksinlərin işlənib hazırlanmasının sürətləndirilməsi məsələsinə də toxunulub. Azərbaycanda yayılmış SARS-CoV-2 virusunun mutasiyasının müəyyən edilməsi və genotipləşdirilməsi üzrə tədqiqatın aparılması imkanları da müzakirə olunub. Ekspert qeyd edib ki, COVID-19 infeksiyasının profilaktikası üçün daim törədicinin genom dəyişikliklərinin molekulyar-epidemioloji monitorinqini və vaksinasiyanı həyata keçirmək zəruridir.
 
Geniş müzakirələrdən sonra mütəxəssislər gələcək əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi üçün fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyası ölkəmizdə SARS-CoV-2 virusuna yoluxması ehtimalı olan insanların Real-Time PZR testlərindən keçirilməsi prosesinə dəstək göstərilməsi məqsədilə 2020-ci ilin aprel ayında təşkil edilmişdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır