Enerji içkilərinin bilmədiyimiz FƏSADLARI - Həkim-fitoterapevt açıqladı
02.04.2021 20:19
Enerji içkiləri enerji vermir, sadəcə bədəni ehtiyat enerjisini istifadə etməyə məcbur edir. Bu içkilərin içindəki taurin maddəsi zülal sintezində iştirak edir. Qəflətən həyəcanlananda, əsəbiləşəndə bu maddənin qandakı miqdarı azalır və sonra bərpa olunur.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
 
Həkimin sözlərinə görə, bizim kənardan yüksək dozada aldığımız taurin zülal sintezini və hərəkət aktivliyini artırır. Həmin içkilərin tərkibində olan başqa bir maddə isə kofeindir. Kofein halsızlıqda, yorğunluqda sinirlərin ötürücülük qabiliyyətini artırır və bədənimizdə lazım olan qədər istehsal edilir. Lakin kənardan yüksək dozada qəbul olunmuş kofein bədənimizi həddindən artıq aktivləşdirir.
 
"Bunlardan əlavə, yüksək dozada karbohidrat mübadiləsini alovlandıran maddələr var. Bütün bunların bədənimizdə istehsal olunmasına baxmayaraq, kənardan yüksək dozada qəbulu bu maddələrin istehsalını azaldır və orqanizm kənardan bu maddələri almağa öyrəşir, beləcə, getdikcə dozanı artırmağa məcbur oluruq. 
 
Enerji içkilərini içən uşaqlar çox əsəbi, hiperaktiv və yersiz dərəcədə çılğın olurlar. Belə uşaqlarda axşamlar sidikqaçırma daha tez-tez baş verir.Bu içkiləri içməyə vərdiş etmiş insanlar istifadəni dayandıran zaman yorğun, halsız və əsəbi olurlar, iş qabiliyyətləri çox aşağı düşür", - deyə F.Hüseynov əlavə edib.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev