Sellüloz pəhrizi COVID-19-un ağır formasının inkişafının qarşısını almağa kömək edir - YENİ TƏDQİQAT
02.04.2021 14:20

Braziliya alimlərinin tədqiqatına görə, sellülozla zəngin rasion koronaviruslu pasiyentlər üçün infeksiya ilə mübarizədə olduqca faydalıdır.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, sellülozun orqanizmə daxil olmasına cavab olaraq bağırsaqların mikroflorası tərəfindən istehsal edilən maddələr iltihabi prosesləri dayandırır və SARS-Cov-2-nin hüceyrələrə nüfuzetməsinə imkan yaradan genin ekspressiyasını aşağı salır.

 

Bununla belə, statistikaya əsasən, COVID-19-a yoluxmuş pasiyentlərin 50%-ə qədəri həzm sistemi ilə bağlı xoşagəlməz simptomlarla (ishal, qusma, qarında ağrılar) qarşılaşırlar. Bu simptomlar infeksiyanın ağır keçməsinin 17,6% halı üçün xarakterikdir.

 

Sınaq çərçivəsində alimlər yoğun bağırsağın sağlam toxumalarını və epiteli hüxeyrələrini koronavirusa yoluxdurublar. Yağ turşuları ilə emal DDX58 geninin ekspressiyasını azaltmağa imkan verib. Bu gen virusun nuklein turşularını aşkar edən və sətəlcəmə qarşı sitokinlərin hazırlanmasına gətirib çıxaran reaksiyaları aktivləşdirən zülalla əlaqəlidir. Həmçinin paralel olaraq hüceyrələrə nüfuzetmə üçün lazım olan TMPRSS2 zülalının səviyyəsi də aşağı düşüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev