Yaxın Şərqin ən böyük dərman şəhərciyinin açılışı olub
02.04.2021 09:50

Misirdə Yaxın Şərqin və Şimali Afrikanın ən böyük farmasevtika qurumu – “GYPTO Pharma” dərman şəhərciyinin açılışı olub. 

 

Aztibb.az xəbər verir ki, mərasimdə ölkə Prezidenti Əbdülfəttah əl-Sisi iştirak edib.

 

Tədbirdə qeyd edilib ki, 180 min kvadratmetr ərazisi olan farmasevtika qurumunda Yaxın Şərq və Afrikaya ixrac ediləcək dərman preparatları istehsalına başlanılıb. Daxili dərman bazarında da ucuz qiymətə satılacaq farmasevtika məhsulları dünyanın ən məşhur “Pfizer”, “Roche”, “Novartis” və s. şirkətlərinin lisenziyası ilə buraxılacaq. Dərman şəhərciyinin ən yüksək texnologiyalarla təchiz edilməsində də bu şirkətlər fəal iştirak edib.

 

Prezident əl-Sisi qeyd edib ki, dövlət və özəl sektorun birgə mülkiyyətində olacaq dərman şəhərciyində yaxın gələcəkdə COVID-19 əleyhinə vaksin istehsalı da həyata keçirilə bilər. Hazırda burada yeni növ koronavirusun müalicəsində istifadə edilən dərman preparatları buraxılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır