Bir fincan kakao ürəyinizi stresdən qoruyacaq – YENİ TƏDQİQAT
01.04.2021 11:40

Yeni araşdırmalara görə, meyvə və tərəvəzdə təbii olaraq tapılan bir qrup molekul  – flavanolların qəbulu, insanları ürək xəstəliyi və tromboz kimi zehni streslə əlaqəli ürək-damar xəstəliklərindən qoruya bilər.

 

Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir ki, ürək və qan damarlarını əhatə edən hüceyrələrin nazik membranı effektiv endotelial funksiyası ilə periferik damar xəstəlikləri, insult, ürək xəstəliyi, diabet, böyrək çatışmazlığı, şişlərin böyüməsi, tromboz və ağır virus infeksiyaları riskini azaltmağa kömək edir. Zehni stresin qan damarlarının işinə mənfi təsir göstərə biləcəyi də məlumdur.

 

Böyük Britaniyanın Birmingham Universitetindən olan bir qrup tədqiqatçı kakao flavanollarının damar funksiyasındakı streslə əlaqəli dəyişikliklərə təsirini araşdıraraq əldə olunan nəticələri “Nutrients” jurnalında paylaşıblar.

 

Birmingham Universitetinin İdman və Reabilitasiya Məktəbinin aparıcı müəllifi, həkim Katerina Rendeiro elmi araşdırmanı belə izah edir:

 

“Flavanol ilə zəngin kakao içməyin zehni stresdən sonra keçici endotelial disfunksiyanı azaltmaq və stresli epizodlar zamanı qan axınını yaxşılaşdırmaq üçün təsirli bir pəhriz strategiyası ola biləcəyini gördük”.

 

Belə ki, tədqiqatçılar istirahətdə və stres zamanı biləkdəki qan axını və ürək-damar fəaliyyətini ölçərək stresdən sonra 90 dəqiqə qan damarlarının fəaliyyətini qiymətləndiriblər. İştirakçılar tərkibində çox miqdarda flavanol olan kakaonu içdikdə onların qan damarlarının daha az pozulduğu aşkar edilib. Tədqiqatçılar flavanolların stres zamanı qan axınını yaxşılaşdırdığını da təsbit ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama