Yorğunluq hissi nədən xəbər verir? - 7 ƏSAS SƏBƏB
31.03.2021 11:21

Kifayət qədər dincəldiyiniz halda hələ də özünüzü yorğun hiss edirsinizsə, bu ciddi xəstəliklərdən xəbər verir. Bu problemlər arasında tiroid xəstəliyi, 2-ci tip diabet və yuxu apnesi ola bilər. İnsanların orta hesabla 40 faizi həftənin bir çox günlərində özlərini bitkin, yorğun və tükənmiş hiss edirlər. Araşdırmalar yetkin insanların 3-də birinin yetərincə yatmadığını göstərir ki, bu da çətin yaşam tərzinə bağlı ola bilər.

 

Yorğunluğun aşağıdakı 7 əsas səbəbi vardır:

 

Anemiya: tez-tez yorğun hiss etmək, halsızlıq, yuxuya getməkdə çətinlik, konsantrasiya əksikliyi, sürətli ürək döyüntüsü, sinə, baş ağrıları və nəfəs darlığı kimi əlamətlər anemiyaya işarə edir. Anemiya tək başına bir xəstəlik deyildir. Dəmir və ya vitamin əksikliyi, qan itirmə, daxili qanama, revmatizma, xərçəng və ya böyrək çatışmazlığı kimi xroniki xəstəliklər anemiyaya səbəb olur.

 

Tiroid xəstəliyi: həddindən artıq tiroid hormonu metabolizmanı sürətləndirir, azı isə yavaşladır. Hər iki halda yorğunluq, gücsüzlük və əzələ ağrıları olur. Bununla birlikdə tiroid hormonu çox olarsa, çəki itirməsi, sürətli ürək döyünməsi, isti basması, artan susuzluq hissi; az olduqda isə çəki almaq, üşümə hissi, ağır ve tez görülən mensturasiya qanaxmaları ilə qəbzlik əlamətləri ortaya çıxar.

 

Tip-2 diabet: orqanimzin işləməsini təmin edən qlükoza düzgün istifadə edilmədiyində və qanda yığılması (tip-2 diabet olaraq adlandırılan durumdur); enerji əksikliyi və yorğunluğu da özü ilə gətirir. Susamaq, tez-tez idrara çıxmaq, aclıq, çəki itirmək, əsəbilik, bulanıq görmə də əlamətlər arasında yer alır.

 

Depressiya: iki həftədən daha uzun davam edən; yorğunluq və ya enerji itirməsi, çox az və ya çox yatmaq, ani kilo itirmək və ya kilo almaq, əsəbilik, baş ağrısı, xroniki ağrı, günahkar, ümidsiz, dəyərsiz hiss etmək, ölüm və ya intihar düşüncələri kimi durumlarda mütləq bir mütəxəssisdən kömək alın.

 

Xroniki yorğunluq: baş ağrısı, əzələ və oynaq ağrısı, halsızlıq kimi əlamətləri vardır.

 

Yuxu apnesi: yuxuda nəfəs kəsilməsi olaraq bilinən yuxu apnesi beynin REM yuxusuna keçişinin qarşısını alar. Yuxu apnesi olan insanlar gecədə dəfələrlə nəfəs almağı buraxa bilər. Xoruldamaq və tez-tez yuxudan oyanmaq yuxu apnesinin əlamətləridir.

 

B12 çatışmazlığı: yetərli B12 vitamini almaq beyin sağlamlığı, immun sistemi və metabolizma üçün çox önəmlidir. Yorğunluqdan başqa, əllərdə və ayaqlarda uyuşma, baş fırlanması, görmə problemləri B12 əksikliyidir.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib