Progesteronun ana bətnindəki dölə zərərləri aşkarlanıb / Xərçəngə səbəb olur - TƏDQIQAT
30.03.2021 14:08

Texas Universitetinin Tibb Mərkəzi müəyyən edib ki, hamilə qadınlarda düşük təhlükəsi zamanı təyin edilən hidroksiprogesteron kaproat (progesteronun sintetik analoqu) uşaq üçün təhlükəlidir. Bu vasitə 50-ci illərdə təcrübədə istifadə olunmağa başlayıb, 2020-ci ildə isə ABŞ ondan təsdiq edilməmiş effektivliyinə görə imtina etməyi təklif edib.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, yaxın vaxtlarda preparatın təhlükəli olduğu aşkarlanıb. Daha əvvəl hormonların sintetik analoqlarının, xüsusilə estrogenin problemlər yaratdığı sübut olunmuşdu. Son tədqiqat çərçivəsində 1959-1967-ci illərdə uşaq dünyaya gətirmiş qadınların uşaqlarının sağlamlığı haqqında məlumat analizi aparılıb.

 

Tədqiqatda iştirak edən 181 qadın hamiləliyi zamanı hidroksiprogesteron kaproat qəbul edib. Doğulmuş 18500 uşaqdan demək olar ki, 1000 uşaqda 18-58 yaş arasında xərçəng diaqnozu qoyulub. Bütovlükdə, anaları hamiləlikdə bu vasitəni qəbul edən böyük uşaqlarda xərçəngin inkişafı riski 2 dəfə yüksək olub. Statistikaya əsasən, xərçəngin diaqnozu 65% halda 50 yaşdan daha gənc şəxslərə qoyulur.

 

Əksər hallarda hidroksiprogesteron kaproatın təsirinə görə qalın və düz bağırsağın (risk 5 dəfə yüksəkdir) xərçəngi, həmçinin prostat vəzisi (risk 4 dəfə yüksəkdir) xərçəngi inkişaf edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama