Qan qrupuna görə pəhriz FƏRQLƏRİ
30.03.2021 13:23

Ehtimal olunur ki, qan qrupları müxtəlif olan insanlar müxtəlif pəhrizlərə riayət etməlidirlər. Bəzi alimlər belə hesab edirlər ki, bizim qan qrupumuza uyuşmayan qida səhhətimizi pozur.

 

Aztibb.az xəbər verir ki, Oksford Universitetinin alimləri insanın qan qrupu, qidalanma tərzi və müxtəlif xəstəliklərə tutulma ehtimalı arasında əlaqənin olduğunu söyləyirlər. Beləliklə, ingilis alimləri aşağıdakı nəticələri əldə ediblər:

 

I Qan qrupu

Siz mütləq qidada karbohidratı az, zülalı çox qəbul etməlisiniz. Qidanızda tortları, pirajkiləri, pirojnaları, makaron və çörəyi azaldın, daha çox ət yeyin. Əks halda siz mədə xorası və ya artrit xəstəliyinə tutula bilərsiniz.

 

II Qan qrupu

Bu qrup insanlar ürək-damar və xərçəng xəstəliyinə meyllidir. Veqetarian pəhrizinə riayət etmək məsləhətdir: meyvə-tərəvəz, dənli bitkilər, düyü, qarabaşaq, makaron, çörək və şirniyyat yeyin.

 

III Qan qrupu

Sizin əsəb sisteminiz zəifdir. Siz hər hansı bir pəhrizi tuta bilərsiniz, lakin çalışın çoxlu ət, süd məhsullarından istifadə edəsiniz.

 

IV Qan qrupu

Bu nadir qan qrupuna malik olan insanlar bütün qidaları yeyə bilərlər, lakin çalışın hamıya aid sağlam qidalanma qaydalarına riayət edin: heyvani yağları azaldın, qızardılmış, ədviyyatlı və duzlu-istiotlu qidanın həddini aşmayın, əti bitki məhsulları ilə birlikdə yeyin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib