Uşaqlarda yersiz istifadə edilən kalsium siropları ZƏRƏRLİDİR - Həkim-pediatr
29.03.2021 17:40
"Günümüzdə körpələrə yersiz istifadə edilən kalsium siropları zəhərlidir. Xüsusilə də 1 yaşa qədər valideynlər körpəsinə kalsium siropunu verməyi sanki özlərinə borc bilirlər. Halbuki ilk yaşlarda körpələr südəmər dövrdə olduqları üçün bol miqdarda kalsium alırlar".
 
Aztibb.az xəbər verir ki, bunu tanınmış həkim-pediatr Günay Rəsulova deyib. Onun sözlərinə görə, önəmli olan körpəyə bu kalsiumun normal mübadiləsini təmin edən və mənimsənilməsinə kömək edən D vitamini damlalarını profilaktik olaraq ilk 2 il verməkdir. Yersiz, həkimlə məsləhətləşmədən istifadə edilən kalsium preparatlarının qəbulu zamanı orqanizm dərmanla gələn artıq kalsiumu ürək və beyin damarlarında depolamağa çalışır. Bu isə damarlarda kirəcləşmə, sərtləşməyə səbəb olur. Artıq istifadə edilən kalsium bağırsaqların fəaliyyətini pozur, uşaqlarda qəbizlik yaranır, böyrəklərin fəaliyyətinə toksik təsir müşahidə olunur.
 
Həkim qeyd edib ki, xüsusilə diş çıxarma dövründə kalsium siroplarının istifadəsi daha geniş yayılıb:" "Valideynlər hesab edirlər ki körpəyə kalsium verməklə onun dişinin çıxmasına yardım etmiş olacaqlar. Lakin diş çıxarma prosesinin qandakı kalsium səviyyəsi və ya miqdarı ilə heç bir asılılığı yoxdur və bu kalsium siropları diş çıxarma zamanı təsir etməyəcək. Uşaqlarda diş çıxarma prosesi genetik xarakter daşıyır. İrsi olaraq tez diş çıxardan (3 ayda) və ya normalda ilk dişlərini 1 yaşdan sonrada çıxardan uşaqlar vardır. Süd dişlərinin mayası ana bətnində 16-cı həftədə qoyulur və 3 yaşında tamamlanır. Hec bir vasitə ilə bu prosesə təsir edə bilmərik".
 
G.Rəsulova əlavə edib ki, uşağın Raxit keçirdiyinə dair şübhələr olduqda qan analizi ilə bu öz təsdiqini taparsa (qanda ionizə kalsium seviyyəsi aşağıdırsa) o zaman həkim məsləhəti ilə həkimin təyin etdiyi müddət ərzində kalsium preparatlarından istifadə edilə bilər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib