Uşaqlarda iştahsızlıq 1 həftədən çox davam edərsə... - Həkim SƏBƏBLƏRİNİ açıqladı
29.03.2021 10:05

Valideynlərin körpə və uşaq baxımındakı ən həssas nöqtəsi qidalanmalarıdır. Uşaqlarda rast gəlinən iştahsızlıq valideynlərdə böyük narahatlıq doğurur. 

 

Aztibb.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Dr. Ela Gündoğdu valideynlərin bilməli olduğu bir çox məqamlara aydınlıq gətirib.

 

E.Gündoğdu uşaqların iştahsız olmasını bəzən təbii vəziyyət, bəzən də bir xəstəliyin əlaməti ola biləcəyini söyləyib. Həkimin sözlərinə görə, bir həftədən çox davam edən və çəkinin azalmasına səbəb olan iştahsızlıq halında həkimə müraciət etmək lazımdır.

 

"Körpələr dad duyğusuna çatdıqdan sonra müəyyən qidaları seçirlər və yemək istəmirlər. Bəzən də valideynlərin övladlarının zövqünü anlamaları bir az vaxt alır. Yeməyə başladığı ilk günlər qidalar uşağın xoşuna gəlməyə və ağzından çıxararaq imtina edə bilər. Belə vəziyyətlər ümumiyyətlə valideynlər tərəfindən anoreksiya kimi qəbul olunur. Körpə normal çəkidədirsə, narahat olmağa ehtiyac yoxdur, Həmçinin dişçıxarma dönəmində qısa müddətli iştahsızlıq qaçılmazdır", - deyə o bildirib.

 

Onun sözlərinə görə, uşağın yuxarı tənəffüs yolu infeksiyası və soyuqlaması varsa, iştahsızlıq baş verə bilər:

 

" Ancaq bunlar maksimum bir həftə davam edir və normal vəziyyətə qayıdır. Bir həftədən uzun çəkən və çəki itkisinə səbəb olan hallarda həkimə müraciət edilməlidir. Hansısa əlavə xəstəliyi olmadığı təqdirdə körpələrə uyğun propolis, C vitamini və sink əlavələri verilə bilər".

 

Həkim qeyd edib ki, bir həftədən çox davam edən və kilo itkisinə səbəb olan iştahsızlıq ciddi xəstəliklərin xəbərçisi ola bilər. Anoreksiya diaqnozu üçün qan analizi, sidik testi, qan, biokimya, böyrək və qaraciyər funksiyası analizləri edilməlidir. Qanda D vitamini və vitamin səviyyələri yoxlanılmalıdır. Fizioloji olaraq xəstəlik özbaşına sağala bilər. Ancaq bunun hansısa əsəs səbəbi olduqda mütləq xəstəliyin diaqnozu və müalicəsi tələb olunur. Xüsusilə sidik yolu infeksiyası iştahsızlıqla başlaya, sonra qızdırma ilə davam edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub