Virus əleyhinə təbii vasitə - DARÇININ faydaları
29.03.2021 09:41

Darçın yeməklərdə və şirniyyatda tez-tez istifadə olunan ədviyyatlardandır. Darçının Çin və Seylon olmaqla iki növünə rast gəlinir. Onları bir-birindən dadına görə fərqləndirirlər. Seylon darçını Çin növündən daha şirin və dadlıdır.

 

Darçının sağlamlığa bir çox müsbət təsirləri var. Faydalı xüsusiyyətləri onu əsl təbbi müalicəvi vasitə kimi qəbul etməyə imkan verir. Darçın efir yağları, antioksidantlar, vitamin (B qrupu, fol turşusu və s.) və mikroelementlərlə (maqnezium, dəmir, kalsium) zəngindir. İnsanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

 

Aztibb.az darçının faydalarını təqdim edir:

 

1. Gündə yarım çay qaşığı darçın qəbulu xolesterolu azaldır və ürək sağlamlığını qoruyur.
2. "Tip 2" adlı diabet xəstələrində insulin istehsalını artırır, qan şəkərini isə azaldır.
3. Xarici ölkələrdə darçın yağını göbələk xəstəliklərində istifadə edirlər və tez zamanda sağalmağa kömək edir.
4. Darçın lenfoma xərçəng növü üçün də faydalıdır. Belə ki, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.
5. Qanın normal laxtalanmasını təmin edir.
6. Gərginlikdən meydana gələn baş və miqren ağrısını aradan qaldırır.
7. Qan şəkərini balanslı saxlayaraq, arıqlamağa kömək edir.
8. Darçının qoxusu yaddaşı gücləndirməyə kömək edir.
9. Pis qoxuları və onlara səbəb olan bakteriyaları məhv edir.
10. Darçın çayı həzm sistemi xəstəliklərində faydalıdır.
11. Darçının yağı, badam və zeytun yağları ilə qarışdırılaraq masaj edildikdə, əzələ ağrısını aradan qaldırır.
12. Yeməyin üzərinə bir az darçın səpilməsi uzun müddət xarab olmamasına səbəb olur.
13. Darçın yağı boğaz ağrısı və quru öskürəyə qarşı da faydalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib