Alimlər vəfat etmiş pasiyentlərin diş ətlərində koronavirus aşkar ediblər - TƏDQİQAT
26.03.2021 19:34

Bir qrup braziliyalı alim COVID-19-a yoluxma nəticəsində ölmüş bəzi pasiyentlərin diş ətlərində yeni tipli koronavirus olmasını aşkar edib.

 

Aztibb.az xəbər verir ki, San-Paulo Universitetinin (USP) Tibb fakültəsinin apardığı tədqiqatın nəticələri “Journal of Oral Microbiology” elmi jurnalında dərc edilib.

 

Tədqiqatının müəlliflərindən biri olan Bruno Matukun sözlərinə görə, parodont toxumalarında SARS-CoV-2 olması yoluxmuş pasiyentlərin tüpürcəyində bu virusun mövcudluğuna imkan yaradan amillərdən biri ola bilər. Diş əti toxumalarında daha əvvəl başqa viruslar, məsələn herpes, Epşteyn-Barr virusu və sitomeqalovirus aşkar edilib.

 

Braziliyalı alimlər belə bir fərziyyə irəli sürüblər ki, başqa respirator patogenlərlə müqayisədə, yoluxma səviyyəsi daha yüksək olan yeni koronavirus ağız boşluğunda və beləliklə, tüpürcəkdə yarana bilər. Alimlər əmindirlər ki, parodont toxuması SARS-CoV-2 üçün hədəfdir. Diş ətində COVID-19 virusunun aşkar edilməsi həm də onu təsdiq edir ki, bu toxumanın şişməsi (periodontit) koronavirusla bağlı vəziyyətin ağırlaşması riskini artırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır