Fitoterapevtdən müxtəlif xəstəliklər üçün faydalı RESEPTLƏR
26.03.2021 13:02
Tanınmış həkim-fitoterapevt Fizuli Hüseynov müxtəlif xəstəliklər zamanı faydalı ola biləcək resepetlər barədə sosial şəbəkədə paylaşım edib.
Aztibb.az həmin reseptləri təqdim edir:
Təzə zəncəfili ət maşından keçirib bərabər miqdarda qoyun quyruğu ilə qarışdırıb onurğa və ya dizə qoyduqda yumşaldıcı təsir göstərir.
Çilədağı ilə qoyun quyruğunu bərabər miqdarda ət maşından keçirib oynaq üzərinə qoyub bağladıqda sərtləşmiş oynağı və bağları yumşaldır, sümükləri elastikləşdirir. Çilədağı və quyruq qarışımı allergik reaksiya göstərmədiyi təqdirdə 2 gün ərzində oynaq üzərində saxlamaq mümkündür.
Biyan kökü dəmləməsinin içilməsi skaliozların müalicəsində yanaşı tətbiq olunduqda böyük effekt verir. Skaliozların üzərinə çilədağı ilə qoyun quyruğunun birlikdə çəkilmiş qarışımı qoyduqda isə onurğa elastikləşir və müalicəyə daha tez tabe olur.
3 kq yağsız sümüyü 6 litr suda 14 -15 saat zəif odda qaynatdıqdan sonra süzüb, üzərinə yığılmış yağı atdıqdan sonra suyunu plastmas şüşəyə tökün, soyuducunun buzluq gözünə qoyun və gündə 2 stəkan için. Bu qarışım sümükləri möhkəmləndirir, onurğa ağrılarını azaldır, bağırsaqları yumşaldır, bağırsaqdaxili çatları aradan qaldırır.
Onurğa və oynaq üzərinə əvvəlcə hicama etdirin, 3 gün sonra yenidən etdirin (məsələn hər dəfə 5 banka) sonra həftədə 6 ədəd, cəmi 42 vəya 48 ədəd zəli qoydurun. Bu, osteoxondroz və artrozlarda olduqca faydalıdır.
100 qram ozonlaşmış qara zirə yağına 1 dolu çay qaşığı qırmızı pul bibər tozu qarışdırıb 2 gün evdə istilik sistemi üzərində saxlayın. Bu yağdan gündə 2 dəfə onurğa və ya oynaqlara çəkib 5 dəq masaj edin. Bunun ağrıkəsici və yumşaldıcı təsiri var.
3 stəkan suya bir xörək qaşığı gicitkən yarpağı və bir xörək qaşığı qarğıdalı saçağı qarışdırıb 5 dəqiqə qaynadın. Bu çay gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içildikdə poliartrit və revmatizma ağrılarını azaldır. Eyni qaydada gilas saplağı və qatırquyruğu otunu dəmləyib gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan içmək olar.
300 qram sarıkök tozu və 100 qram zəncəfil tozunu bir-birinə qarışdırın, gündə üç dəfə, yeməkdən əvvəl bir çay qaşığı ağıza atıb üstdən bir stəkan su için, uzun müddətli oynaq ağrılarında və ayaq ağrılarında faydalıdır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

