Sağlam orqanizm üçün təmiz dəri əsas şərtdir - Pediatr uşaqların çimizdirilmə qaydasından danışdı
26.03.2021 11:07
Hər bez dəyişimində bez bölgəsi yaxşıca yuyulub-qurudulursa, uşağı tez-tez çimizdirməyə ehtiyac yoxdur. Körpələrdə bezi dəyişdirərkən səyahətdə deyilsinizsə, nəm salfetlərdən istifadə etməməyə çalışın, ehtiyac olarsa, pambığı adi su ilə isladıb silmək olar.
Aztibb.az xəbər verir ki, pediatr Günay Rəsulova sosial şəbəkədə körpənin çimizdirilməsi haqqında tez-tez verilən sualları cavablandırarkən belə deyib.
O, bildirib ki, 1 yaşa qədər uşağı həftədə 3 dəfə çimizdirmək kifayət edir (tez-tez çimizdirmək dərini quruda bilər). Çimizdirdikdən sonra dərinin qurumaması üçün körpənin bədəninə hipoallergik nəmləndirici krem çəkmək lazımdır. Vannanın içərisində uşağın başı daha hündürdə yerləşməlidir. Əvvəlcə ayaqlardan başa doğru çimizdirmək, bədəni yuduqdan sonra ən axırda başı öndən arxaya yuyub uşağı sudan çıxarmaq lazımdır.
Uşağın çimdiyi suyun temperaturu 37 dərəcədən isti və ya soyuq olmamalıdır. Buna su termometrləri ilə nəzarət etmək olar. Göbəkbağı düşənə qədər, göbək quruluğunu qorumaq üçün uşağın bədənini nəm əskiylə silmək olar. Lakin HİV, Hepatit B və C ilə doğulan uşaqların bədəni göbək düşənə qədər çimizdirilərək yuyulmalıdır.
Həkimin sözlərinə görə, körpələrin bədəni soyumağa tez meylli olduğu üçün ilk 1-2 çimizdirmə qısa davam etməlidir. Uşaq çimən ilk saatlarda otağın temperaturu normadan 2-3 dərəcə artıq olmalıdır. Körpənin sudan qorxmaması və çimizdirmə prosesini sevməsi üçün suyun temperaturu düzgün tənzimlənməli, su uşağın bədəninə əvvəlcədən hazırlanmış su qabı ilə tökülməlidir.
"Unutmayaq ki, sağlam orqanizm üçün sağlam və təmiz dəri əsas şərtdir. Körpələri həftədə ən az 2-3 dəfədən az çimizdirmək, dəridə tər səpgiləri, bişməcə, qaşınma, qoxu kimi xoşagəlməz hallara səbəb ola və körpənin yuxusuna, qidalanmasına, əhval ruhiyyəsinə də mənfi təsir göstərə bilər", deyə - Pediatr əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

