İmmuniteti möhkəmləndirən 5 ƏDVİYYAT
25.03.2021 23:36

Bəzən hətta bir çimdik ədviyyat belə immun sisteminin möhkəmlənməsinə kömək edir. İltihabı azaldır, orqanizmi artıq toksinlərdən və şlaklardan təmizləyir. Bəzi növləri isə çəki atmağa yardımçı olur.

 

Aztibb.az ədviyyatın bəzi növləri və onların faydalarını təqdim edir:

 

Oreqano

 

Bu ədviyyatsız İtalyan mətbəxini təsəvvür etmək mümkün deyil. Lakin, bu ədviyyat təkrarolunmaz dada malik olması ilə yanaşı, həm də unikal müalicəvi effektə malikdir.

 

Faydalı xüsusiyyətləri:


- sinir sistemini sakitləşdirir;
- yüksək antibakterial xüsusiyyətə malikdir;
- mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır;
- sidikqovucu və ödqovucu təsir göstərir;
- immuniteti möhkəmləndirir;
- güclü tərlədicidir, bəlğəmgətirici, bronxit və bronxial astmada təsir göstərir.

 

Hansı yeməklərdə istifadə etmək olar:


1. Yumurta qızartmasında;
2. Tərəvəzli şorbalarda;
3. Pizzalarda;
4. Salatlar üçün ədviyyat kimi;
5. Souslarda;
6. İkinci yeməklərdə;

 

Rozmarin

 

Qədim zamanlarda bu bitki bolluq, rifah və uzunömürlülük rəmzi hesab olunurdu. Hətta indi də bəzi ölkələrdə gənclərə "xoşbəxtlik və firavanlıq" üçün bu bitkinin budağından balaca bir hissə vermək ənənəsi qalmaqdadır.

 

Faydalı xüsusiyyətləri:
- stres və əsəb gərginliyini götürməyə yardımçı olur;
- ümumi yorğunluq zamanı orqanizmi tənzimləyir;
- soyuqdəyməni müalicə edir;
- iltihab əleyhinə, antioksidant, antidepresiv, ödqovucu kimi xassələrə malikdir;

 

Hansı yeməklərdə istifadə etmək olar:


1. Ət yeməklərində;
2. Balıq yeməklərində;
3. Marinadlarda;
4. Bitki çaylarında.

 

Kəklikotu

 

Çox faydalı bitkidir. Antioksidant fəaliyyətinə görə, E vitamininə bərabərdir.

 

Faydalı xüsusiyyətləri:


- tərqovucu, iltihab və mikrob əleyhinə təsirə malikdir;
- immuniteti möhkəmləndirir;
- iş görmə fəaliyyətini artırır;
- prostatın inkişafına mane olur;
- cinsi zəifliyi aradan qaldırır.

 

Hansı yeməklərdə istifadə etmək olar:


1. Salatlar;
2. Şorbalar;
3. Qovurma yeməklərində;
4. Yumurtadan hazırlanan bütün yeməklərdə;
5. Souslarda.

 

Sarıkök


Zəncəfilkimilər ailəsindəndir. Onun faydaları qiymətsizdir. Son məlumatlara görə, bu ədviyyat xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

 

Faydalı xüsusiyyətləri:


- orqanizmi təmizləyir;
- həzmə müsbət təsir edir;
- soyuqlamanın qarşısını alır;
- güclü antioksidantdır;
- dərinin vəziyyətini yaxşılaşdırır;
- bədənin müdafiə gücünü bərpa edir;
- arıqlama zamanı istifadə edilir.

 

Hansı yeməklərdə istifadə etmək olar:


1. Şorbalar;
3. Plovlar;
4. Müxtəlif düyü yeməkləri.

 

Adaçayı


Soyuqdəymə və boğaz ağrısının öhdəsindən gələn mükəmməl ədviyyatdır.

 

Faydalı xüsusiyyətləri:

 

- bağırsaqları təmizləyir;
- toksinləri və şlakları xaric edir;
- çəki atmaq üçün yardımçı olur;
- antioksidant təsirə malikdir;
- immuniteti möhkəmləndirir;
- öskürək və zökəm zamanı kömək edir.

 

Hansı yeməklərdə istifadə etmək olar:


1. Ət yeməklərində;
2. Balıq yeməklərində;
3. Souslarda;
4. Şorbalarda.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev