Halsızlıq və immun zəifliyini aradan qaldırmaq üçün - Badamlı, çiçək tozu tərkibli ballı qarışım
25.03.2021 10:57
İnsanlar ilk növbədə düzgün qidalanmalıdırlar. Çünki belə olduqda nə bitki, nə də dərman preparatlarıyla müalicəyə ehtiyac qalmaz. Elə məcunlar vardır ki, onları gündəlik qida rasionumuza əlavə etsək faydasını görərik. Məsələn, hər hansı yağlı, qlütenli xəmir məmulatlarındansa, şirniyyata olan aludəçiliyimizi və ya tələbatımızı badamlı, polenli bal qarışımı ilə ödəmiş olarıq.
 
Aztibb.az xəbər verir ki, bunu həkim-fitoterapevt Fizuli Hüseynov deyib.
 
O, bildirib ki, badam uşaqların sümük – əzələ, yəni dayaq-hərəkət sisteminin inkişafı üçün lazımlı qidadır. Görməni itiləşdirir, beynin fəaliyyətini artırır. Badam omeqa-3 qaynağıdır. Bu qida yaşlılar üçün də çox faydalı nemətdir. Tərkibindəki kalsium sümük əriməsinin, maqnezium isə baş ağrısı, əzələ ağrıları, yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır. Badamdakı yağlar xolesterini azaldır, immuniteti gücləndirir. Böyümə, inkişaf dövründəki uşaqlar və həmçinin hamiləlik vaxtı lazım olan vitaminlərlə zəngin olan badam, dad və iybilmə qabiliyyətini artırır. Məcuna əlavə olunan polen, yəni çiçək tozu arı məhsulu olaraq, vitamin və mikroelementlərlə olduqca zəngin vasitədir. Vitamin B1, B2, B3, B5, B6, C, A, E vitaminləri qaynağıdır. Hamilələrin istifadə edə biləcəyi məhsuldur. Zəngin aminturşu qaynağıdır.
 
Bal isə çox gözəl daşıyıcıdır. Bala qarışdırılan məhsulların tərkibi onun köməyi ilə bağırsaqlardan daha tez qana sorulur və toxumalara çatdırılır. Bal özü zəif allergik təsirli olsa da, allergiyalı xəstələr balla müalicə oluna bilir. Həmin xəstələrə çox az miqdarda bal verməklə onlar balın qəbuluna alışdırılır. Çox az miqdarda balı yeməkdən başlayaraq dozanı yavaş yavaş artıraraq, normal həddə qədər çatdırmaq lazımdır. Bu proses bəzən iki-üç ay çəkə bilər.
 
Həm bal, həm çiçək tozcuqları, həm də badam orqanizmdə immun sistemini bərpa etməklə yanaşı amin turşu istehsalını artırır.
 
Hazırlanması qaydası
 
Badam 150 qram
Çiçək tozu 50 qram
Bal 1 kq
 
Əvvəlcə badam, sonra çiçək tozu qəhvəüyüdəndə üyüdülür, sonra hamısı birlikdə bal ilə qarışdırılır. Bu məcunu böyük adamlar gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl bir-iki çay qaşığı yeməlidir. 10 yaşa qədər uşaqlar gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı, 10 yaşdan kiçik uşaqlar isə gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl yarım çay qaşığı yeyə bilərlər. Bu məcun həm də dadlı bir səhər yeməyidir, səhərlər kəpəkli çörəyin üstünə kərə yağı ilə birlikdə çəkərək yemək mümükndür. Təzyiqi yüksək olanlar, şəkər xəstələri və məcuna fərdi allergiyası olanlar ehtiyatlı davranmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib