Bakı Olimpiya Stadionu və Qız qalası qırmızı rənglə işıqlandırılıb (FOTO)
25.03.2021 09:54

Martın 24-də saat 20:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikililəri, o cümlədən Bakı Olimpiya Stadionu və 12-ci əsrin tarixi memarlıq abidəsi olan Qız qalası qırmızı rənglə işıqlandırılıb. Binaların üzərində Ümumdünya Vərəmlə Mübarizə Günü ilə bağlı şüarlar ("The clock is ticking", "End TB") nümayiş olunub.

 

Aztibb.az-ın məlumatına görə, məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. Stop TB ("Vərəmə son qoyaq") tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın müxtəlif şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların "qırmızı rəngə" boyanması aksiyasını keçirir. Bu il Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və "Sağlamlığa Xidmət" İctimai birliyi bu aksiyanın ölkəmizdə də keçirilməsinə təşəbbüs göstərib. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkilib və onlarla həmrəylik nümayiş olunub.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb. 1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkarlanmasını 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

 

Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmə yoluxur və 1,5 milyon insan bu xəstəlikdən ölür. Ötən ilin əvvəllərində dünyada tüğyan edən COVID-19 pandemiyası səbəbiylə vərəmlə mübarizə bir qədər çətinləşib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub