Azərbaycan Həkimlərinin İctimai Birliyi təşəbbüs qrupu yaradıldı
14.08.2020 10:02
Azərbaycan Həkimlərinin İctimai Birliyi (AHİB) təşəbbüs qrupu yaradılıb.
 

Aztibb.az xəbər verir ki, bu haqda həkim Vasif İsmayıl məlumat verib.
 
 
O, bildirib ki, Azərbaycan həkimləri illərdir ictimaiyyəti maraqlandıran mövzularda mövqe bildirib, şərh versələr də, hələ də cəmiyyətimizdə “həkimlərimiz bizi maraqlandıran mövzularda fikir bildirmirlər” düşüncəsi dolaşır:
 

"Görünür, biz həkimlər mövqe bildirməkdə, şərh verməkdə sistemli davranmayıb, fikirlərimizi cəmiyyətə yaxşı çatdıra bilməmişik. Bir müddətdir, bir qrup fəal həkim olaraq müzakirə açıb cəmiyyətimizi maraqlandıran məsələləri araşdırmağa çalışdıq. Qısa müddət üçün məhsuldarlıq nümayiş etdirərək Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış təkliflər paketini hazırlayıb ictimaiyyətə təqdim etdik. İndi də artıq kifayət qədər möhkəmlənib, sıralarımızı qüvvətləndirib növbəti mərhələyə keçərək AHİB-i təsis etmək qərarına gəldik.
 

AHİB cəmiyyətimizdə gedən prosesləri müzakirə edərək Azərbaycan həkimlərinin ortaq platformu olmağı, eləcə də Azərbaycan xalqının sağlamlığı, rifahı və maraqları məzmununda ciddi hərəkətliliyə səbəb olmağı planlaşdırır".


İdarə Heyətinə aşağıdakı şəxslər daxildir:
 
Prof. Dr. Adil Qeybulla
 
Dos. Dr. Ədalət Rüstəm
 
Dos. Dr. Akif Əfəndiyev
 
Dr. Vasif İsmayıl
 
Dr. Aydın Əliyev
 
Dr. Qalib Əsədov
 
Dr. Pərviz Axundov
 
İctimai fəal Qorxmaz İbrahimli
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır