Diqqət əskikliyi və hiperaktivlik sindromu - Nə etməli?
19.03.2021 14:35

Uşaqlarda kiçik yaşlarında, xüsusən, 4 yaşdan əvvəl müşahidə olunan həddindən artıq hərəkətliliyin normal inkişaf xüsusiyyətlərindən ayrılması çətindir. 

 

Diqqət əskikliyi, hiperaktivlik sindromu diaqnozu, əsasən, məktəb dövrünün ilk illərində qoyulur. Xəstəlik bu illərdə öz mənfi təsirlərini büruzə verir. Bu pozuntu adətən, yeniyetməliyin sonuna qədər qalıcı olur. Əsas əlamətləri: dağınıq fikir (fikri cəmləmək qabiliyyətinin olmaması), impulsivlikdir (ilk istəyi yerinə yetirmək qabiliyyətinə nəzarətin pozulması), hiperaktivlik (yüksək aktivlik, narahat vəziyyət).

 

Yeniyetməlik və yetkinlik dövründə həddindən artıq olan hərəkətlilik bir qədər azalır. Plan qura bilməmək, dağınıqlıq, impulsivlik isə bir çox halda ömür boyu davam edir. 

 

Simptomları:

 

Diqqətin zəifləməsi - uşaq daima kənar səslərə və əşyalara baxaraq fikrini yayındırır. Kiçik xırdalıqlara fikir vermir və ya onları unudur, həmişə diqqətsizliklə özünü göstərir. Oyuncaqları, qələmləri, kitabları itirir və unudur. Növbədə sakit gözləyə bilmir.

 

Hiperaktivlik - uşaq daima sakit oturmur, fırlanır, ayaqlarını sallayır. Oturmaq lazım gəldikdə o oturmur, ayaq üstə durur, qaçır. Suala qulaq asmadan cavab verir.

 

Siz nə edə bilərsiniz?

 

Uşağın vəziyyətini mütləq peşəkar pedaqoq vəya psixoloq qiymətləndirməlidir. Məktəb proqramının uşağınıza uyğun olub-olmadığını müəyyən etməlisiniz. Oxuduğu sinif uşağınızın səviyyəsinə uyğun deyilsə, onun həyatını elə təşkil edin ki, o öz enerjisini üzə çıxara bilsin. Belə uşaqları tərbiyə etmək çox çətindir. Uşağın üstunə acıqlanmayın, çox ciddi olmayın. Necə olursa olsun onu sevdiyini ona başa salın. Dərdinizi həkimlə, müəllimlə bölüşün.

 

Həkim nə edə bilər?

 

Həkim uşağın vəziyyətini qiymətləndirir, müvafiq davranış və terapiya dərmanları təyin edir, valideynlər və müəllimlərə məsləhət verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama