Meksikada daha bir nazir koronavirusa yoluxdu
14.08.2020 00:26

Meksikanın Energetika naziri Rosio Nale koronavirusa yoluxub. Bu barədə o, rəsmi tvitter səhifəsində məlumat verib.

 

“Mən COVID-19-a yoluxduğum üçün özünütəcrid rejimindəyəm. Evdən işləyirəm. Xoşbəxtlikdən, özümü yaxşı hiss edirəm, məndə simptomlar yoxdur, tövsiyə olunmuş müalicə alıram”, - nazir yazıb.

 

Qeyd edək ki, daha əvvəl Meksika hökumətinin bir sıra üzvü, o cümlədən Maliyyə və Dövlət Krediti naziri Arturo Errera da koronavirusa yoluxmuşdu. Onlar hamısı sağalıb və xidməti vəzifələrinin icrasına dönüb.

 

Rəsmi məlumatlara əsasən, indiyədək Meksikada 498 380 nəfər koronavirusa yoluxub, 54 666 xəstə vəfat edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır