Bu vitaminin çatışmazlığı uşaqlarda Leyner xəstəliyinə səbəb olur
18.03.2021 22:18

Uzun illər Leyner xəstəliyinin əmələ gəlmə səbəbi tibbə məlum olmayıb. Tanınmış alim Leyner bu xəstəliyin əmələ gəlməsində mədə-bağırsaq sisteminin rolu olduğunu qeyd edib.


Aztibb.az xəbər verir ki, Leyner xəstəliyi ən çox yeni doğulmuş uşaqlarda rast gəlinən xəstəlikdir. Xəstəlik özünü yeni doğulmuş uşağın başının tüklü hissəsində, yanaqlarında, cinsi orqanlarının ətrafında əmələ gələn qızartılarla büruzə verir. Leyner xəstəliyi zamanı dəridə eritromatoz qızartılar meydana çıxır. Xəstəliyin baş dərisində olan hissəsi seboreya xəstəliyinin qızartılarına bənzəyir. Dərinin tüksüz hissəsində olan qızartılar az miqdarda qabarmış və tünd qırmızı rəngi ilə diqqəti cəlb edir.

 

Leyner xəstəliyi ananın südündə H vitamini çatışmadıqda, uşaqda dispepsiya olduqda, hipoxrom anemiya olduqda, eksudativ diatez zamanı və bəzən ağciyər xəstəlikləri zamanı əmələ gəlir.

 

Leyner eritrodermiyası subfebril qızdırma ilə və qızdırmasız keçə bilir. Eritrodermiya bədənin çox hissəsini tutduqda körpənin qızdırması 38-39 dərəcə C-yə qalxır. Dəriyə vaxtında və düzgün qulluq edilməzsə, xəstəliyin əlamətləri daha da arta bilər. Bu zaman dəridə xırda irinli səpgilər də əmələ gələ bilir.

 

Dəridə eritrodermiyanın olması körpə uşaqda sinir sisteminin oyanıqlığına səbəb ola bilir. Çünki xəstədə dəridə geyişmə, qaşınma və sürtünmə nəticəsində xoşagəlməz əlamətlər özünü büruzə verir.

 

Qeyd edək ki, xəstəliyə diaqnoz qoymaq çətin deyil. Müalicə A, B2, B6, B12, C, H vitaminləri, fol turşusunun daxilə qəbulundan, antibiotiklərdən ibarət olur. Xəstənin dərisində iltihab əlamətləri görüldükdə antibiotiklər təyin edilir, uşaqlara ilıq dezinfeksiyaedici vannalar məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev