Şəkərli diabet: Yaranma səbəbləri və müalicəsi
18.03.2021 13:39

Şəkər orqanizm üçün enerji məbəyi sayılır. Hamının qanında orqanizm üçün lazım olan miqdarda şəkər vardır. Qanın tərkibində olan şəkər orqanizmin bütün hissələrini qlükoza ilə təmin edir. Qan qlükozanı əzələlərə, beyinə, ətraflara daşıyır və bədənin enerji təlabatını ödəməkdə yardımçı olur. Qanda şəkərin miqdarını normada saxlamaq üçün mədəaltı vəzin insulin hormonu orqanizmdə mühüm rol oynayır.

 

Qida qəbulundan sonra qanda şəkərin miqdarı artır. Mədəaltı vəzin insulin hormonu qanda artan şəkərin miqdarını aşağı salır. Mədəaltı vəz öz funksiyasını normal yerinə yetirə bilmirsə bu zaman insulinin qanda miqdarı azalır və o, qanda şəkərin miqdarını normallaşdıra bilmir. Bu zaman şəkərli diabet xəstəliyi meydana çıxır. Bu xəstəlik zamanı qanda qlükozanın miqdarı çox olur və bu da qan vasitəsilə artıq qlükozanın orqan və toxumalara daşınmasına səbəb olur.


Aztibb.az xəbər verir ki, şəkərli diabet xəstələri diaqnozlarını təsdiqlətdikdən sonra həkimin dediklərinə əməl etsələr onların vəziyyətləri normala qayıda bilir. Xəstələr qanda şəkərin miqdarını normada saxlamaq üçün dərman və ya insulin qəbul etdikləri zaman onların sağlıqla əlaqəli heç bir problemləri olmur.

 

Şəkərli diabet xəstələri pəhrizlərinə əməl etməli, həkimin göstərişlərini yerinə yetirməli, əl və ayaqlarına diqqətlə qulluq etməlidirlər. Şəkər xəstələri üçün xüsusən də ayaqlara qulluq diqqət mərkəzində olmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev