Diabetik komalar zamanı nə etməli? - Həkimdən şəkər xəstələrinə mühüm TÖVSİYƏLƏR
17.03.2021 17:54

Novruz qidalarından qoz-fındıq, boyanmış yumurta, meyvə, iydə və s. çox yemək ciddi problem yaratmaz. Lakin qoğal, şəkərbura və paxlava kimi şirniyyatlar diabet xəstələrini komaya sala bilər. Hər il novruz bayramında xəstəxanalara diabetik komalarla çoxsaylı insan müraciət edir.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-anestezioloq Şahin Məmmədov deyib.

 

Beyinin qlükoza ilə qidalandığını söyləyən həkim şəkər komalarında xəstəni komaya salan amilin qlükoza olmadığını qeyd edib. Bildirib ki, diabetik komaların 2 növü var: hiperosmolyar və ketoasidotik forma.

 

Birinci formada komanın səbəbi “susuzlaşma”dır. Şəkər xəstələri şirniyyat qəbulu çox olan günlərdə çoxlu su içməlidir. Qlükoza sidikqovucudur, susuzlaşma yaradır, susuzlaşma isə öz növbəsində qanın osmotik aktivliyini yüksəldir.

 

Həkimin sözlərinə görə, natrium və qlükoza hər ikisi aktiv osmollar olduğu üçün bütün hüceyrələrdən, həmçinin neyronlardan suyu qana çəkir. Nəticədə, neyronlar susuzlaşır, büzüşür və işləyə bilmir. Xəstə bu səbəbdən komaya düşür. Müalicəsi ancaq maye qəbulu ilədir. Bu zaman insulinə heç ehtiyac yoxdur, xəstə komadan maye qəbulu ilə çıxır.

 

Diabetik ketoasidotik formaya isə əsasən 1-ci tip şəkər xəstələrində rast gəlinir. Bu tipdə də xəstədə komanın səbəbi qlükoza deyil, artmış turşuluq - asidozadır. Bu formada müalicə zamanı xəstəyə 2-3 litr maye qoşduqdan sonra insulin tələb olunur. İnsulin xəstələrə ketogenez dayanana, qanın pH-ı normallaşana qədər davamlı infuziya şəkilində qoşulur. İnsulinin əlavə təsiri olan hipoglikemiya və hipokaliemiya xəstəyə qlükoza və kalium pereparatları qoşmaqla aradan qaldırılır. Yəni şəkər xəstəsinə buna görə qlükoza qoşulması normal hesab edilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev