Onurğa problemlərini aşkarlamaq üçün müayinələr - MRT, KT və ya Rentgen?
17.03.2021 13:11

Onurğa xəstəliklərində diaqnozu dəqiqləşdirmək üçün pasiyentlərə müxtəlif müayinələr təyin oluna bilər. Müayinələrin növləri çox olsa da, əsas bir neçəsi tez-tez istifadə olunur. Bunların arasında MRT, KT və rentgen ən çox istifadə olunanlardır. Hər bir konkret pasiyentdə həkim lazımi müayinələr barədə fərdi olaraq qərar verir.

 

Bu barədə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova məlumat verib.

 

O, bildirib ki, rentgen müayinəsi çox vaxt ilk müayinə üsulü kimi təyin olunur. Bu müayinə həkimlərə onurğada əyrilikləri, fəqərələrin yerləşməsini, tamlığını (sınıqların olub-olmaması), fəqərəarası məsafələri göstərə bilir. Bəzi hallarda dinamik rentgen təyin edilir – pasiyent pozisiyasını dəyişəndə (məsələn, sağa-sola əyiləndə) bir sıra çəkilişlər icra olunur. Skoliozu və kifozu təyin etmək üçün rentgen müayinəsi yerinə yetirilir. 

 

KT – kompüter tomoqrafiya müayinəsi rentgen şuaları əsasında işləyən müayinə prosedurudur. Kompüter tomoqrafiyası fəqərələrdə ən xırda çatları, kompleks sınıqları, xırda oynaqlarda artritik dəyişikliklərı və yumşaq toxumaları da göstərə bilir. Bundan əlavə KT vasitəsi ilə rentgen müayinəsində aşkar olunan və ya şübhə altında olan patologiyaların daha detallı (3D) dəyərləndirilməsi mümkündür.

 

MRT – maqnit sahəsi əsasında işləyən müayinə üsuludur. MRT fəqərələr, fəqərəarası disklər, onurğa  beyni və sinirlərin strukturunu, yumşaq toxumaları, vətərləri və əzələləri göstərən müayinədir. MRT əlavə olaraq onurğanın  iltihabi proseslərini aşkar etmək üçün istifadə olunur. Ümumilikdə xəstəliklərin differensial diaqnostikasında MRT-nin rolu əvəzsizdir.

 

Həkimin sözlərinə görə, bel və boyun fəqərələrinin yırtıqlarını təyin etmək üçün ən rahat üsul məhz MRT-dir. Fəqərəarası disk yırtığının fizioterapiya  ya cərrahi üsulla müalicəsinin qərarını verməkdə MRT müayinəsinin rolu əvəzsizdir.


Bəzi pasiyentlər müayinə zamanı qapalı məkanda sıxıntı hissini yaşaya bilər. Mərkəzi Gömrük Hospitalında istifadə olunan ən son nəsil MRT cihazı həm müayinənin yüksək səviyyədə aparılmasını, həm də müayinə zamanı pasiyentlərin rahatlığını təmin edə bilir.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
 RDM-də icbari tibbi sığorta çərçivəsində müxtəlif diaqnostik və cərrahi xidmətlər həyata keçirilir