Sodanın insan sağlamlığına müsbət TƏSİRLƏRİ
17.03.2021 11:01

Çay sodası adlandırdığımız natrium hidrokarbonatdan (NaHCO3) məişətdə geniş istifadə olunur. Daha çox şirniyyat məmulatlarının hazırlanmasında istifadə edilən natrium-hidrokarbonatın tibbi-müalicəvi xüsusiyyətləri də çoxlarına məlumdur. Soda boğaz ağrısı zamanı qarqara vasitəsi kimi, zəhərlənmələr zamanı isə mədə-bağırsaqların yuyulması üçün ilkin yardım vasitəsi kimi istifadə olunur. Məlumatlara görə, sodalı su ilə yuyunmağın çoxsaylı faydaları var. Lakin sodanın faydaları bununla bitmir. 

 

Aztibb.az sodanın sağlamlıq üçün müsbət  təsirlərini təqdim edir:


1. Südə qatılmış soda öskürək əleyhinə, bəlğəmgətirici təsirə malikdir. O, öskürəyi qısa müddətdə kəsir. 1 fincan qaynar südə yarım çay qaşığı soda qarışdırılıb yatmazdan əvvəl bir neçə gün içilərsə, təsiri bir-neçə gün ərzində özünü göstərir.
2. Südü sevməyənlər və ya allergiyası olanlar 1 litr qaynar suya 1 xörək qaşığı soda əlavə edib inhalyasiya edə bilərlər. Bu vasitədə bəlğəmgətirici xüsusiyyətə malikdir.
3.Soyuqdəymə zamanı burun boşluğuna sodalı su damızdırdıqda soyuqlama əlamətləri yox olur.
4. Konyuktvit xəstəliyi zamanı gözü sodalı su ilə yumaq xəstəliyin əlamətlərini azaldır.
5. Mədənin və 12 barmaq bağırsağın yara xəstəliyi, qıcqırma zamanı mədə turşuluğunu azaltmaq üçün sodalı su içməyin faydası böyükdür. Sodalı su mədə turşuluğunu qısa müddət ərzidə kəsir, bağırsaqdakı qazların xaric olunmasına yardım edir.
6. Sodalı su ürəkdə baş verən aritmiya əlamətlərini aradan qaldırır.
7. Sodalı su orqanizmdən duzları xaric eləmək qabiliyyətinə malikdir. Bu səbədən də hər gün az miqdar sodalı su qəbulu arterial təzyiqin aşağı düşməsinə yardım edir.
8. Uzaq məsafələrə yol gedilən zaman qaytarmanın qarşısını almaq üçün də sodalı su çox faydalıdır.
9. Zəhərlənmələr, ishal və qusmalar zamanı vena daxilinə soda məhlulunun yeridilməsi və ya gündə çoxlu miqdar sodalı su qəbulu orqanizmi zərərli maddələrdən təmizləyir, bədənin itirilmiş su ehtiyatını bərpa edir.
10. Dırnaq dibində olan iltihabi proseslər zamanı yarım stəkan qaynar suya 1 xörək qaşığı soda töküb barmağınızı oraya salsanız, ağrı və iltihabın tez bir zamanda yox olacağını görəcəksiniz.
11. Ağız boşluğunu sodalı su ilə qarqara etmək diş ağrısını kəsir.
12. Sodə effektiv kosmetik vasitədir. Onu sabun qırıqları ilə qarışdırıb üzünüzü yusanız dərinizin necə təmiz və təravətli olduğunu görəcəksiniz.
13. Diş pastasının üstünə soda töküb dişinizi yusanız diş ağrınız azalacaq.
14. Sodalı su ilə islanmış pambıq ilə bükük nahiyyələri silinərsə, tərləmə zamanı pis qoxu gəlməz.
15. Sodalı suya pambıq batırıb ağcaqanad dişləyən yerə bir neçə dəfə sürtsəniz qaşınma olmayacaq.
16. İşdən axşam gəldiyiniz zaman yorğunsunuzsa, isti sodalı su vannası ilə ayaqlarınızı vanna eləsəniz yorğunluğunuz dərhal gedəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev