Baş qaşınmasının səbəbləri - Müalicə necə aparılmalıdır?
17.03.2021 10:08

Başın qaşınmasına səbəb tük diblərində olan müxtəlif problemlərdir. Baş qaşınmasına ən çox yeniyetmələrdə və yaşlılarda rast gəlinir. Bu zaman baş dərisində bəzi əlamətlər meydana çıxır:


*gözlə görünən qızartılar
* bəzi hissələrdə sızanaqlar
* saç dərisində olan kəpəklər


Əlamətlər birdən-birə başlayır və insana narahatlıq hissi verir. Bəzən bunun səbəbi onsuz da yağlı olan dərinin həddindən artıq yağlanmasıdır. Bu zaman başın dərisində kəpək, infeksiyalar, iltihabi ocaqlara rast gəlmək olur. Bəzi vaxtlar autoimmun xəstəliklər də baş qaşınmasına səbəb ola bilir. Amma əsasən başın qaşınmasına aşağıdakılar səbəb ola bilir:


* saç dərisində aknelər
* allergiyaya səbəb olan saç boyaları
* qaynar su ilə yumaq
* ekzema
* göbələk xəstəlikləri
* hipotrioz
* psoriaz
* stres
* günəş yanığı.


Baş qaşınmasının verdiyi rahatsızlıq onun şiddətindən və qaşınmanın müddətindən asılıdır. Qaşıntı başın bir hissəsində və ya bütöv saç dibində ola bilər.


Qaşınmanın müalicəsi onu törədən səbəbləri aradan qaldırmaqdan ibarətdir. Əgər səbəb dermatitdən qaynaqlanırsa, saçlara xüsusi qulluq etmək lazımdır. Əgər göbələk mənşəli qaşınmadırsa, göbələk əleyhinə müalicə tələb olunur. Bitki tərkibli müxtəlif saç şampunları da vardır ki, onlar baş dərisinə müalicəvi təsir göstərir. Belə vasitələrin istifadəsi saçların dibində olan iltihab əlamətlərini və dəridəki qıcıqlanmaları aradan qaldırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev