Qoz ürək xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır
16.03.2021 12:16

Pensilvaniya Dövlət Universitetinin professoru Kris Etertonun rəhbərliyi ilə 105 adam üzərində tədqiqat aparılıb.

 

Aztibb.az xəbər verir ki, qanda xolesterolun miqdarının artıb-azalmasını öyrənmək üçün 105 nəfər 4 qidalanma rejimi ilə qidalandırılıb.
* 85 qram bütöv qoz
* 6 qram qoz qabığı
* 34 qram yağı çıxarılmış qoz
* 51 qram qoz yağı.

 

Alimlər yuxarıda sadalananları yedikdən sonra həmin adamların qan dəyərlərini analiz ediblər. Analizlər qidalar qəbul edildikdən 30 dəqiqə, 1 saat, 2 saat, 4 saat, 6 saat sonra sonra götürülüb və qanda xolesterolun miqdarı, ürək-damar sisteminin fəaliyyəti yoxlanılıb. Nəticələr göstərib ki, qoz yağı ürək-damar fəaliyyətini yaxşılaşdırır və ürək əzələsini qüvvətləndirir. Analizlərin nəticələri qoz yağının qanda xolesterolu azaltdığını da sübut edib.

 

Mütəxəssislər qozun ürək xəstəliklərinin əmələ gəlməsinin qarşısını almaq qabiliyyətinə də malik olduğunu müəyyən ediblər.

 

Qoz orqanizmi qüvvətləndirir, tərkibində Omeqa-3 və Omeqa-6 yağ turşuları var. O, orqanizmdəki zərərli maddələririn zərərsizləşməsində böyük rol oynayır, həzmə kömək edir. Həmçinin yaddaşı gücləndirir və beyin hüceyrələrini yeniləyir, maddələr mübadiləsini yaxşılaşdırır.

 

Qoz yemək boğazdakı iltihab əlamətlərini azaldır və badamcıqlardakı iltihab xəstəliyini sağaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev