Mineral sular gümrahlıq mənbəyidir
16.03.2021 10:50

Mütəxəssislər əksər Avropa ölkələrində mineral sulardan hər gün süfrədə istifadə edildiyini və bunun orqanizm üçün faydalı olduğunu söyləyirlər. Belə ki, mineral suların tərkibində olan minerallar həyati əhəmiyyətli elementlər hesab edilir. İlk dəfə mineral suların ixracı Karlovı Varı mineral sularının şüşələrə doldurularaq müxtəlif ölkələrə satışı ilə başlayıb. Həmin şəhərin mineral suyunun böyrəklər üçün nə qədər faydalı olduğundan isə bütün dünya xəbərdardır. 


Aztibb.az xəbər verir ki, mineral suların istifadəsinə nə qədər erkən yaşlardan başlanarsa, bir o qədər orqanizm üçün faydalı olar. Hər səhər acqarına 1 stəkan mineral su içmək insanın gün ərzində fəaliyyətinə stumul verir. Belə ki, səhərlər mineral su qəbul edən adam gün boyu fəaliyyətindən asılı olmayaraq gümrah olur.

 

Mineral suların orqanizmə aşağıdakı faydaları vardır:


- böyrək daşlarının tökülməsinə yardım edir və əmələ gəlməsini ləngidir;
- qaraciyər daxili öd axalarını, öd kisəsini təmizləyir;
- dəridəki solğunluğu aradan qaldırır;
- orqanizmin minerallara olan təlabatını ödəyir.

 

Sözsüz ki, yuxarıda sadalananlar təbii mineral sularına aiddir. Belə ki, mənbəyi bəlli olmayan və keyfiyyətsiz sexlərdə şüşələrə doldurulan mineral sular sizin üçün fayda əvəzinə zəhərə çevrilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev