İllər öncə ağır sınaqlardan keçən körpə bu gün həyatını tam sağlam şəkildə davam etdirir
15.03.2021 14:41

İllər öncə Mərkəzi Klinikaya vaxtından əvvəl - 29 həftəsində doğulmuş bir körpə transfer olunmuşdu. Olduqca ağır patologiyalar - ciddi sepsis, bağırsaq keçməzliyi, geniş PDA, tənəffüs, ürək yetməzliyi körpənin həyatını təhlükəyə atırdı.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinika “Facebook” sosial şəbəkəsində məlumat paylaşıb.

 

Məlumatda bildirilib ki, belə bir kompleks xəstənin məsuliyyətini öz üzərinə götürmək, poliorqan yetməzlikləri korreksiya edib, xəstəni əməliyyata hazırlamaq, körpə üzərində iki çox ağır əməliyyatı (bağırsaq keçməzliyi və geniş PDA-nın ləğvi) icra etmək və sonrakı dövrdə yenidoğulmuşu neonatal reanimasiya şəraitində uzun müddət izləyərək fəsadsız evə yazmaq Mərkəzi Klinika kollektivinin gücləndirilmiş rejimdə fəaliyyətinin nəticəsi idi:

 

“Körpənin sağlamlığına qovuşması və bu gün həyatını tam normal şəkildə davam etdirməsi Pediatriya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, həkim-neonatoloq Sevda Əsədova başda olmaqla peşəkar həkim və tibb bacıları heyətindən ibarət olan Pediatriya şöbəsi - Neonatalogiya və Reanimasiya bölməsi, Uşaq kardiologiya və Uşaq nevrologiya bölməsi, Əməliyyatxana və Anesteziologiya şöbəsi, Şüa Diaqnostika və Tibbi laboratoriya şöbəsinin 7/24 dəqiqliklə fəaliyyət göstərməsinin nəticəsidir”.

 

Bildirilib ki, bu nailiyyətin əldə olunmasında Ürək-damar cərrahiyyəsi şöbəsi, Uşaq cərrahiyyəsi, Oftalmologiya və Qulaq, Burun, Boğaz xəstəlikləri bölməsinin də danılmaz rolu olub.

 

“Mərkəzi Klinika kollektivi adından artıq doğmamıza çevrilmiş balamıza bundan sonrakı həyatında sağlam və möhkəm ömür diləyirik”, - deyə məlumatda qeyd olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır