ABŞ-da HIV-ə qarşı vaksin üçün POTENSİAL ƏSAS tapılıb – MÜHÜM KƏŞF
15.03.2021 14:03

ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu İnsanın İmmunçatışmazlığı Virusuna (HIV) qarşı universal vaksinin yaradılmasının bir addımlığındadır. Bu virusda çox sayda mutasiyalara rast gəlinir: HIV-1 virusları müxtəlif variantlara tez-tez mutasiya edir. Bu fakt vaksinin əldə olunmasını çətinləşdirir - immun sistemi tərəfindən HIV-in tez-tez mutasiya edən bütün müxtəlif variantlarının tanınması çətin prosesdir.

 

Aztibb.az meddaily.ru-ya istnadən xəbər verir ki, bu yaxınlarda alimlər vFP16.02 adlı çox ümidverici anticisim tapıblar. Vaksinlə stimulyasiya edilmiş bu anticisim potensial olaraq  HIV-1 ilə effektiv mübarizə apara bilər. Tədqiqatçılar HIV-in 208 müxtəlif ştammına qarşı anticisimin reaksiyasını yoxlayıblar və onun iş qabiliyyəti üçün lazım olan genetik, struktur və funksional xüsusiyyətləri müəyyən ediblər.

 

Alimlər anticisimin strukturunun aşağı hissəsində karkaslı sahə adlandırılan klasteri seçiblər. Bu sahə virusla birləşmə gücünü artıra bilər.

 

Bununla yanaşı, o, virusun yalnız bir variantı ilə deyil, müxtəlif ştammlar dəsti ilə korrelyasiya edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır