Uşaqların gec danışmasının SƏBƏBLƏRİ
15.03.2021 09:53

Uşaqların gec dil açıb danışmasının səbəbi elmə hələlik  tam məlum deyil. Amma bunu nevroloji, genetik və neyropsixoloji vəziyyətlərlə əlaqələndirirlər. Statistikanın hesablamaları Yer kürəsində uşaqların 9%-ə qədərinin gec dil açdığını qeyd edir.

 

Gec dil açıb danışımaq uşağın zehni fəaliyyətinin də gec inkişafına səbəb olduğu üçün mütəxəssislər valideyinləri belə hallarla rastlaşdıqda pediatrdan məsləhət almağa çağırır.

 

Danışmanın çox gecikməsi isə aşağıdakı xəstəliklərdən baş verə bilir:


- Daun sindromu;
- damaqda olan çatışmazlıq;
- serebral iflic;
- autizm;
- genetik gec danışma;
- inkişafdan geri qalma;
- erkən doğum.

 

Uşaq yaşayan evdə böyükər iki dildə danışarlarsa və ya uşaq fikrini bildirmək istədikdə onun yerinə müdaxilə edərlərsə o zaman da uşaq fikrini söyləməkdə çətinlik çəkir və gec danışır.

 

Danışmaq - fikirləri fiziki olaraq ifadə etməyə çalışmaqdır. Bu zaman insanın fikirləri danışma ilə əlaqədar olan orqanları hərəkətə gətirir və koordinatları ifadə edir. Uşaqlarda dilin inkişafı gözlərinin gördüyünü ifadə etməklə başlayır və bəbəklərin böyüməsilə inkişaf edir. İlk aylarında körpə uşaqlar ətrafdakı səsləri gözləri ilə təqib edir, sonralar isə səs gələn tərəfə dönüb baxırlar. Bir yaşına yaxın uşaqlar yanlarında tez-tez təkrarlanan adı tanıyar və gözləri ilə onu ifadə edərək göstərərlər. 2 yaşına girmiş uşaqlar kitablarda gördükləri şəkili gözləri ilə göstərə və musiqi eşidən zaman ritmik hərəkətlərlə oynaya bilirlər. 3-4 yaşında olan uşaqlar kim, nə, harada və niyə suallarına cavab verə bilirlər.


Uşaqlar 8-10 aylığında kiçik hecaları təkrarlaya, 15 aylıq olduğunda isə bir neçə asan sözü söyləyə bilirlər. 2 yaşındakı uşaq ən azı 25 kəlməni söyləyə bilməlidir. Əgər 2 yaşındakı uşaq bu qədər söz deyə bilmirsə və ya soruşulan sualara cavab əvəzinə işarə etmirsə bu, onun danışma və eşitmə ilə bağlı problemlərinin olduğunu göstərir. 3 yaşındakı uşaq 200 kəlməni ifadə edə bilmirsə, istəklərini sözlərlə deyə bilmirsə, o zaman onun danışıqla əlaqədar çətinliyi var. Bu zaman mütləq həkimə müraciət edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev