Qazilərin sağlamlıqlarına qovuşmasında əlimdən gələni etməyə hazıram - İraqda yaşayan azərbaycanlı professor
13.03.2021 19:18

İraqda yaşayan dünyaca tanınmış azərbaycanlı professor, travmatoloq-ortoped Hüseynəli İsmayılov Vətən müharibəsində yaralanmış igid oğullara xidmət göstərmək üçün ölkəmizə gəlmişdi.

 

Aztibb.az xəbər verir ki, professor ölkəmizdə olan müddətdə Vətən müharibəsində ağır yaralanan bir neçə qazını müayinə edib. Müayinə nəticəsində onlarda daha çox sinir və sümük problemləri aşkarlanıb. O, ölkə rəhbərliyinə müraciət edərək hər zaman qazilərimizin müayinə, müalicə və əməliyyatında əlindən gələni etməyə hazır olduğunu bildirib.

 

Professor vətəndaşların müraciətlərinin də çox olduğunu deyib: “Budəfəki gəlişim zamanı da xeyli müraciət var idi. Müraciətlərin çoxu əvvəllər müalicə almış fəsadlı xəstələrlə bağlı olur. Sümük qüsurları, pəncə-əl əyrilikləri ilə bağlı müraciətlər daha çox qeydə alınır. Hər zaman bildirmişəm ki, mən həmişə öz xalqıma xidmət etməyə hazıram”.

 

Qeyd edək ki, məşhur azərbaycanlı professor, dünyada boyuzatma rekordunun sahibidir. O, hazırda Yaxın Şərqdə akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin rəhbəridir. Həmyerlimiz 2003-cü ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Rusiyanın əməkdar səmərələşdiricisi” adına layiq görülüb. O, dünya ortopediya və travmatologiya tarixində ilk dəfə olaraq əl və pəncə patologiyasının İlizarov və onun təkmilləşmələri üsulu ilə müalicə prinsiplərinin konsepsiyasını tərtib edərək elmi əsasını hazırlayıb. Təsadüfi deyil ki, ona “İkinci İlizarov” adı verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır