Travmalardan sonra onurğa beynini bərpa edən material hazırlanıb - MÜHÜM KƏŞF
11.03.2021 15:55

Kaliforniya Universitetinin alimləri onurğa travmalarından sonra yeni bərpa üsulunu sınaqdan keçiriblər. Onlar zərər görmüş onurğa beyinə təsir edə və sağalma prosesini dəstəkləyə bilən materialıhazırlayıblar. Bu material bir çox istiqamətdə onurğa beyninin təbii toxumalarını imitasiya edir.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, alimlərin fikrincə, texnologiyanın tətbiqinin uğurlu olması materialda məsamələrin mövcudluğundan asılıdır. Bu məsamələrin ölçüsü hüceyrələrin ölçüsünə uyğun olmalıdır. Yalnız bu zaman onurğa beyninin hüceyrələri implantatın içinə daxil ola, orada uyğunlaşa və zərər görmüş sinirləri bərpa etməyə başlaya bilərlər.

 

Məsamələrin mövcudluğu zərər görmüş toxumalara tətbiq edilən gen terapiyasının effektivliyini əhəmiyyətli dərəcədə yüksəldir.

 

Qeyd edək ki, məsaməli karkas-materialdan istifadə ideyası çoxdan yaranıb. Lakin indi alimlər onu inyeksiyanın köməyi ilə zərər görmüş sahəyə asanlıqla daxil etməyin üsulunu müəyyən etməyə müvəffəq olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev