Antibiotiklərdən istifadə zamanı bu qaydalara riayət etmək lazımdır - DİQQƏT!
11.03.2021 15:54
Antibiotiklər mikroorqanizmlərlə – bakterial infeksiyaların törədiciləri ilə mübarizə üçün yaradılmışdır. Onlar mikroorqanizmlərin strukturuna dağıdıcı təsir edir və çoxalmasına mane olurlar. Amma bakteriyaların heç də hamısı sürətlə məhv olmur. Bəzi dərmanlar effektsiz, hətta təhlükəli ola bilər.
Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım həkimi Nərgiz Kərimova “Antibiotiklərdən necə düzgün istifadə edilməlidir?” sualını cavablandırarkən belə deyib.
O, qeyd edib ki, bütün dünyada və eləcə də ölkəmizdə COVID-19 pandemiyası başladığı vaxtdan, bu xəstəliyin fəsadlarına qarşı mübarizədə antibiotiklərdən istifadə gündəmə gəlib. Bir çox insan antibiotiklərin virusa təsir etmədiyini nəzərə almayaraq, həkimə təyinatı olmadan, heç bir fəsadları düşünmədən onlardan COVID-19 xəstəliyinə qarşı istifadə edirlər.
Müalicə yaxşı təsir etsin deyə, antibiotiklərə müraciət zamanı aşağıdakı qaydalara riayət etmək lazımdır:
- Antibiotikləri yalnız həkimin təyinatı üzrə qəbul edin;
- Antibiotiklər təyin olunarkən mütləq həkimin yazdığı dozada və müddətdə qəbul edin;
- Dostlarınızın və tanışlarınızın məsləhəti ilə antibiotiklərlə özünümüalicəyə başlamayın;
- Həkiminizin sizə yazdığı antibiotikləri dostlarınıza və tanışlarınıza tövsiyə etməyin;
- Evinizdəki dərman qutusunda antibiotikləri “lazım olar” deyə, saxlamayın.
Mikrofloranın antibiotiklərə həssaslığı fərdidir: bəzi insanlarda bakteriyalar eyni antibiotiklərə fərqli reaksiya verir. Ona görə də orta statistik mənzərə əsasında antibiotiklərin təyin edilməsi heç də həmişə arzuolunan müalicəvi effekti vermir. Eyni zamanda, hər hansı antibiotik əlavə mənfi təsirlərə malik olan ciddi müalicə vasitəsidir. Həkim antibiotikləri təyin edərkən əmin olmalıdır ki, bu və ya digər antibiotik həqiqətən xəstə üçün effektiv olacaq və infeksiyanın öhdəsindən gələcək.
"Buna görə də, xəstələrin mikroflorasının antibiotiklərə həssaslığının yoxlanılması çox vacibdir. Bir həkim kimi məsləhət görürəm ki, heç vaxt antibiotiklərdən özbaşına istifadə etməyəsiniz", - deyə həkim əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

