Arterial təzyiq insanda patoloji dəyişikliklərin əmələ gəlməsinə səbəb ola bilər
11.03.2021 15:28

Uzun müddət arterial təzyiqdən əziyyət çəkən xəstələrin müxtəlif orqanlarında patologiyalar baş verir. Patologiyaların hədəfi olan orqanlara aşağıdakılar aiddir:


- ürək;
- baş beyin;
- böyrəklər;
- damarlar.


Arterial təzyiq zamanı ürək


Yüksək arterial təzyiq zamanı ürəyin zədələnməsi, sol mədəciyin hipertrofiyası, stenokardiya, miokard infarktı, hətta qəfil ürək ölümü baş verə bilir. Arterial təzyiqin ürəyə çox təsiri olduğundan "ürək təzyiqi" termini son illərdə daha çox istifadə olunur. Belə ki, yüksək arterial təzyiq ürəkdə sol mədəciyin hipertrofiyasına, sol mədəciyin disfunksiyasına və hipertrofiyasına, ürək çatışmazlığına səbəb olduğuna görə xəstələrdə patoloji dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.


Arterial təzyiq zamanı böyrəklər


Böyrəklər arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayan orqanlardan biridir. Bu vazofəal maddələrin ifrazı ilə bağlıdır. Ağırlaşmaları olmayan arterial təzyiq zamanı böyrəklərin funksiyası normal olur. Kəskin və yüksək arterial təzyiq yumaqcıq filtirasiyasının işini əhəmiyyətli dərəcədə aşağı salır. Daimi yüksək təzyiq yumaqvari membranların funksiyasının pozulmasına səbəb olduğu üçün arterial təzyiqin onunla əlaqədar olduğu söylənilir. Bundan başqa yüksək arterial təzyiq böyrək arteriyasının konstruksiyası yaranır ki, bu da onun funksiyasını pozmaqla proksimal kanalcıqların ilkin işemiyasına səbəb olur. İşemiyanın baş verməsi bütün nefronun zədələnməsinə gətirib çıxarır.


Arterial təzyiq zamanı damarlar və baş-beyin


Damar mənfəzinin daralmasının yüksək olması arterial təzyiqin qalxmasında böyük rol oynayır. Damarlar təzyiqin yüksəlməsində rol oynamaqlarına baxmayaraq, zədələnməyə məruz qalan orqanlardan biri sayılır. Belə ki, baş-beyin xırda arteriyalarının zədələnməsi insulta, böyrək damarlarının zədələnməsi böyrəklərin funksiyasının pozulmasına səbəb olur.


Göz dibinin tətbiqi təzyiq zamanı damarların zədələnməsinin informasiya mənbəyidir. Belə ki, yüksək təzyiqdən uzun müddət əziyyət çəkən adamlarda hipertonik retinopatiya inkişaf edir. Göz dibinin damarları yüksək təzyiq zamanı bir çox patologiyalara məruz qalır. Belə ki, təzyiqin yüksəkliyindən və müddətindən asılı olaraq göz damarlarında aşağıdakı patologiyalar əmələ gələ bilir:


- arteriollarin daralması;
- angioskleroz;
- arteriya-venoz çarpazlanma;
- angiospastik retinopatiya;
- göz siniri diskinin şişməsi;
- damarların əhəmiyyətli dərəcədə daralması.


Xəstəliklərin əmələ gəlməsi arterial təzyiqin yüksəklik dərəcəsi və onun müddətindən çox asılıdır. Belə ki, təzyiqli xəstələrin uzun müddət heç bir şikayətləri olmur. Onlar baş ağrısı, boyun və ənsə nahiyədə xoşagəlməz narahatlıq hissinin olmasından, bir müddət sonra baş gicəllənmədən, qulaqlarda küydən, ürək bulanmadan, gözlərinin önündə qığılcımların olmasından şikayətlənirlər.


Təzyiqli xəstələr mütəmadi olaraq həkim qəbulunda olmalı, həkimin göstərişlərinə əməl etməli və hər gün təzyiqlərini nəzarətdə saxlamalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev