Böyrək daşlarının tökülməsi üçün təbii vasitə - SİROP
10.03.2021 17:54

Böyrək daşı xəstəliyi insanlarda ən güclü ağrı ilə müşaiyət olunan xəstəlikdir. Böyrək daşlarından bir çox insanlar əziyyət çəkir. Müasir tibbdə müxtəlif vasitələrlə böyrək daşlarından azad olmaq üsulları var. Lakin alimlər tarix boyu bu daşlardan təbii vasitələrlə xilas olmağa çalışmış və yaxşı nəticələr əldə etmişlər.

 

Böyrək daşları orqanizmdə kalsiumun çoxalması və böyrəklərdə yığılıb qalması səbəbindən baş verir. 80% daşların əmələ gəlməsi kalsium mübadiləsinin pozulması səbəbindən əmələ gəlir. Kalsium tərkibli daşlardan başqa fosfat və oksalat tərkibli daşlar da böyrəklərdə əmələ gələ bilir ki, bunlar da vaxtında tökülmədikdə böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Çikaqo Universitetinin uroloqları sitrus meyvələrinin böyrəklərdə əmələ gələn daşların tökülməsinə səbəb olduğunu sübut etmişdir.

 

Limon - tərkibində ən çox sitrat olan sitrus bitkisidir. Onun tərkibində böyrək daşlarının tökülməsini sürətləndirən ideal vasitələr var. Limondan istifadə etdikdə sidiyin tərkibində sitratın midqarı artır və kalsium daşları parçalanır. Limon şirəsinin zeytun yağı ilə qarışığı isə daşları parçalayaraq düşməsini asanlaşdırır. Limon şirəsi və zeytun yağı qarışımı böyrək daşlarının tökülməsi üçün ən yaxşı vasitə hesab edilir. Bunun üçün aşağıdakılar lazımdır:

 

* zeytun yağı - 2 xörək qaşığı
* limon şirəsi - 2 xörək qaşığı
* limon yağı - 2 damcı
* su - 1 stəkan   

 

2 xörək qaşığı limon şirəsinin üzərinə 2 qaşıq zeytun yağı əlavə edilir. Sonra limon yağı damızdırılıb qarışdırırlır. Qarışım içildikdən sonra 1 stəkan ilıq su qəbul edilir. Bu prosedur gün ərzində 3 dəfə təkrarlanır və gün ərzində çoxlu su içilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama