COVID-19-a yoluxmuş insanların çoxu trombozun törətdiyi fəsadlardan həyatını itirir - Damar cərrahı
10.03.2021 16:50

Ayaqla bağlı problemlərin əsas səbəblərindən biri damarlarda rast gəlinən problemlərlə bağlıdır. Ayaq damarlarının arterial venoz və limfatik qrupları mövcuddur. İnsanlar arasında daha çox venoz patologiyalara rastlanılır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin damar cərrahı professor Məhəmməd Kərimov İctimai Televiziyanın “Sağlam yaşamaq” verilişində “Varikozun lazer üsulu ilə müalicəsi, varikozun COVID-19 virusu ilə əlaqəsi və damar xəstəlikləri” mövzusunda danışarkən deyib. 

 

Əhalinin təxminən 70 faizinin az və ya çox dərəcədə varikoz xəstəliklərindən əziyyət çəkdiyini deyən M.Kərimov bunun anadangəlmə və sonradan qazanılmış səbəblərdən baş verdiyini vurğulayıb: "Artıq insanlarda bu problemlərə hansı genlərin səbəb olduğu aşkarlanıb. Gələcəkdə gen mühəndisliyi sahəsinin bu problemlərin həllində böyük irəliləyiş əldə etməsi gözlənilir. Bundan başqa, çox ayaq üstə dayanmaq, oturmaq, hamiləlik, qəbizlik, təzyiq və s. amillərin bu və ya digər dərəcədə varikozun əmələ gəlməsində rolu olur. Bu gün dünyada varikozun müalicəsində lazer metodundan geniş istifadə olunur".

 

M.Kərimov, həmçinin pandemiya dövründə daha çox rast gəlinən tromboz problemlərindən də danışıb. Onun sözlərinə görə, aparılan tədqiqatlar göstərib ki, COVID-19-dan dünyasını dəyişmiş insanların əksəriyyəti ağciyər patologiyalarından deyil, trombozun törətdiyi fəsadlardan olan insult, infarkt kimi xəstəliklərdən həyatını itirir.  COVID-19 keçirmiş insanlar arasında tromboza daha çox varikozu olan şəxslərdə rast gəlinir. 

 

M.Kərimov tromboz yaradan səbəblərə ciddi yanaşmağı, bu səbəbləri vaxtında aradan qaldırmağı tövsiyə edib. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama