Bir həftə içində iki ağır əməliyyat keçirən körpə sağlamlığına qovuşub - Mərkəzi Klinika
10.03.2021 17:23

Dünyaya yenicə göz açmış körpə vəziyyəti çox ağır olduğu üçün doğulduğu klinikada süni tənəffüs aparatına bağlanmışdır. Yenidoğulmuş biri ürək əməliyyatı olmaqla, iki böyük ağır cərrahi əməliyyat keçirmişdir.

 

Bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov məlumat verib.

 

Həkim bildirib ki, həyatla ölüm arasında mübarizə aparan körpəni dünyaya göz açar-açmaz bu vəziyyətə salan səbəb olduqca ağır ölümcül patologiya olan, döş qəfəsini qarın boşluğundan ayıran təbəqənin olmaması idi (diafraqmal yırtıq):

 

“Nəticədə, bağırsaqlar, dalaq və mədə döş qəfəsinə keçərək ağciyəri, ürəyi sıxıb onun inkişafı və fəaliyyətinə mane olurdu. Uşağın vəziyyəti çox ağır olduğu üçün doğulduğu gün əməliyyat etmək mümkün olmadı.

 

Neonotoloqlar və kardioloqlarımızın gərgin səylərindən sonra körpənin vəziyyəti çox riskli olsa da cərrahi əməliyyata imkan verəcək hala gəlmişdir.

 

Çəkisi 2500 qram olan 1 günlük körpə cərrahi əməliyyata alınmış, bağırsaqlar, mədə və dalağın döş qəfəsində olduğu müəyyən edilmişdir.

 

Əməliyyat uğurlu keçmiş, bütün orqanlar qarın boşluğuna qaytarılaraq diafraqmadakı açıqlıq bərpa edilmişdir.

 

Əməliyyatdan sonra hər şey yolunda getsə də, körpənin ürəyində olan qüsura bağlı olaraq onu süni tənəffüs aparatından ayırmaq mümkün olmurdu.  Bu səbəbdən 1 həftə içində 2-ci əməliyyat qərarı verildi. Ürək-damar cərrahı, tibb elmləri doktoru, professor Kamran Musayev tərəfindən PDA-nın ləğvi əməliyyatı uğurla həyata keçirildi”.

 

Həkim körpənin artıq evə yazıldığını və normal uşaqlar kimi həyatına davam etdiyini deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır