Gəzintilər insan ömrünü 12-14% uzadır, qan dövranını yaxşılaşdırır
10.03.2021 16:53
Avstraliya alimləri aydınlaşdırıblar ki, gündəlik bir neçə saatlıq gəzintilər ömrümüzü 12-14% artırır, oturaq həyat tərzi isə erkən ölüm riskini 13-17% yüksəldir. Ona görə də, sağlamlığımız üçün ən asan və sadə üsul daha çox piyada gəzməkdir. Hər gün 30-60 dəqiqə yerimək əhval-ruhiyyəni yaxşılaşdırır, depressiyadan xilas edir və bir çox xəstəliklərin qarşısını alır.
 
Aztibb.az Mərkəzi Gömrük Hospitalının məlumatına istinadən xəbər verir ki, piyada gəzərkən qan dövranı yaxşılaşır, təzyiq normallaşır, ağciyərlər açılır və oksigenlə dolur, əzələlərin tonusu, sümüklərin möhkəmliyi və damarların hərəkətliliyi yüksəlir, beynin işi yaxşılaşır, gərginlik azalır, yuxu normallaşır. Bəzən elə olur ki, uzun iş günündən sonra idmanla məşğul olmağa vaxt çatmır. Bu zaman işdən sonra açıq havada piyada gəzməyin çox xeyri olur. Bu həm sağlamlıq, həm də artıq çəkidən azad olmaq üçün faydalıdır. Gündəlik gəzintilər müntəzəm hal aldıqda insan özünü gümrah hiss edir, mədə-bağırsağın fəaliyyəti yaxşılaşır, tənəffüs yolları açılır.
 
Piyada gəzən insanlar gecələr normal yatır, səhərlər gümrah oyanırlar. Özünüzü xəstəliklərdən uzaq görmək istəyirsinizsə, sürətli yerişə üstünlük verin. Sürətli yeriş bir növ idman hərəkəti sayılır və bunu müntəzəm etsəniz, immun sisteminiz möhkəmlənər. Yaşıllıqlar arasında gəzmək oksigenin bol olduğu səhər saatlarında daha münasibdir, çünki ağaclarda fotosintez prosesi məhz həmin vaxt gedir. Dəniz kənarında gəzmək üçün axşam saatları daha ideal vaxtdır, çünki həmin vaxt dənizdən havaya yod ifraz olunur.
 
Oturaq həyat tərzi uzun müddət davam edərsə, insan zaman keçdikcə gündəlik hərəkətləri etməkdən məhrum olur. Fiziki hərəkətlərin artıq çəkinin və depressiyanın dərmanı olduğu hazırda öz təsdiqini tapmışdır. Belə ki, əzələlər işlədikcə orqanizmdə maddələr mübadiləsi yaxşılaşır. Sağlamlığınızı qorumaq istəyirsinizsə, piyada gəzməyə və sağlam qidalara üstünlük verin.
 
Tez hazırlanan yeməklər, zəngin olmayan qida rasionu, çox yemək piylənməyə, tez qocalmağa və xəstəliklərə aparan ən qısa yoldur. Hər kəs öz həyat tərzini yaxşılığa doğru dəyişə bilər. Bunun üçün isə yalnız düzgün qidalanmaq və havada piyada gəzmək kifayət edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama