Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə musiqili albom hazırlanıb (FOTOLAR)
10.03.2021 09:20

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və təşviqi məqsədilə ötən ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəlbin nəğməsi” adlı musiqili albom hazırlanıb.

 

Aztibb.az xəbər verir ki, albomda istedadlı və gözəl səsə malik əlil şəxslərin ifasında musiqi parçaları yer alıb. Albomda debüt edən görmə, hərəkət və əqli məhdudiyyətli şəxslər, eləcə də Qarabağ müharibəsi zamanı əlil olan insanlarla yanaşı, Azərbaycanın bir sıra tanınmış müğənniləri və Əməkdar artistlərin ifaları yer alıb.

 

Keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan” kanalı əməkdaşlıq çərçivəsində “Bərabərik” layihəsini təqdim edib. Layihənin birinci mövsümündə Azərbaycanın tanınmış müğənniləri, Əməkdar və Xalq artistləri, musiqişünasları və musiqi ekspertləri, musiqi məktəblərinin müəllimləri və professorları iştirak ediblər.  Artıq “Bərabərik” layihəsinin ikinci mövsümünə start verilir. Yeni mövsümdə musiqi sahəsi ilə yanaşı, teatr və idman sahələrindən də iştirakçılar olacaq.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır