Azərbaycan reabilitasiya texnologiyalarının tətbiqi üzrə Almaniya ilə əməkdaşlıq edəcək - FOTO
10.03.2021 09:00

Əmək, məşğulluq, sosial müdafiə, eyni zamanda, ölkəmizdə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqi sahələrində Almaniya ilə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqətdə saxlanılır.

 

Aztibb.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Almaniyanın Azərbaycandakı səfiri Volqanq Maniqlə görüşündə bildirib.

 

Ölkəmizdə aparılan sosial islahatlar barədə səfiri məlumatlandıran S.Babayev sosial sahədə Almaniya ilə əməkdaşlıq əlaqələrindən bəhs edib. Bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Almaniya Əmək və Sosial Məsələlər Federal Nazirliyi arasında hələ 2008-ci ildə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Nazir diqqətə çatdırıb ki, dövlətimizin başçısının tapşırığı əsasında ölkəmizdə Almaniyanın “Ottobock SE &Co” şirkəti ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalı protezlərin hazırlanması sexi qurulub. Müharibədə yaralanmış qazilərimizin ötən ilin dekabrından həmin müasir elektron protezlərlə təminatına başlanıb. Ümumilikdə, ölkədə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir.

 

Səfir V.Maniq ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsindən məmnunluğunu ifadə edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır