Göyərtilərin düzgün yuyulmaması ciddi problemlərə səbəb ola bilər - Ekspert AÇIQLADI
09.03.2021 15:05

Göyərtilərin düzgün təmizlənməsi insan sağlamlığı baxımından çox əhəmiyyətlidir. Rusiyada ötən il tədqiq edilmiş sınaq nümunələrinin 2,2%-i mikrobioloji göstəricilər üzrə tələblərə cavab verməyib.

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Moskva ərazisi üzrə "Роспотребнадзор" İdarəsinin Qidalanma gigiyenasına nəzarət şöbəsinin rəisi Nadejda Raevanın sözlərinə görə, bu, əsasən fərdi qablaşdırmalarda saxlanılan və qəbul edilən doğranmış göyərtilərə aiddir. Tez-tez onu sadəcə paketdən çıxarıb istifadə edirlər, lakin biz göyərtini ev şəraitində əlavə emala məruz qoymağı - axar suda yumağı məsləhət görürük.

 

Şöbə rəisi qeyd edib ki, əgər göyərtini uşağa veririksə, onun üzərinə qaynar su tökmək məsləhət görülür: "Göyərtiləri mövcud ola biləcək zəhərli elementlərdən təmizləmək üçün onu duzlu və ya sirkəli suda saxlamaq arzuolunandır. Bir litr suya bir xörək qaşığı duz və ya sirkə əlavə edilir. Məhlulla isladılma zamanı göyərtilər nitratdan 30% qədər təmizlənir. Bundan başqa, helmint parazitlərinin yumurtaları suyun üzərinə çıxırlar". 

 

Qeyd edək ki, diyetoloqlar hər gün 100-150 qram göyərti qəbul etməyi məsləhət görürlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama