Bruselyoz xəstəliyinə yoluxma riski hansı hallarda yaranır? 
07.03.2021 23:14

Bruselyoz xəstəliyinə, əsasən, insanlar çiy, yaxşı bişirilməmiş ət və süd məhsulları, eləcə də duza qoyulmamış və ya yetişməmiş pendir istehlak etdikdə yoluxa bilərlər.

 

Aztibb.az xəbər verir ki, bu xəstəlikdən qorunmaq üçün çiy, yaxşı bişirilməmiş ət və süd məhsullarını qəbul etməmək, şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Bundan başqa, bruselyoza yoluxmamaq üçün boğaz heyvanları digərlərindən ayırmaq, doğuş çətin olduqda və ya vaxtından əvvəl balasalma baş verdikdə dərhal baytar həkim çağırmaq, mütəmadi olaraq heyvanın qanının laborator müayinəsini aparmaq, xəstələndikdə onu naxıra ötürməmək lazımdır.

 

İnsanlarda bruselyoz xəstəliyinin əlamətləri, əsasən, yüksək hərarət, halsızlıq, gecə tərləmələri, əzələ, oynaq və baş ağrıları, üşütmə, iştahsızlıq, arıqlama, depresiya və ya yuxusuzluqla müşahidə olunur.

 

Heyvanlarda doğuş çətin olduqda və vaxtından əvvəl balasalma baş verdikdə, oynaqlarda şişkinlik, titrəmə və hərarətin yüksəlməsi müşahidə edildikdə dərhal bu barədə baytar həkimə müraciət etmək məsləhət görülür. Bu xəstəlikdən heyvanları qorumaq üçün mütləq onların dövri peyvəndləməsini aparmaq lazımdır. Bruselyoz xəstəliyinə yoluxmuş heyvanlar xüsusi təyin olunmuş günlərdə sanitar heyvan kəsim məntəqələrində baytar həkimin nəzarəti altında kəsilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama