POMİDOR, BROKKOLİ və ZƏNCƏFİL xərçəngin profilaktikası üçün çox faydalıdır
07.03.2021 14:45

Bəzi qida növləri xərçəngə qarşı mübarizədə faydalı ərzaq məhsulu kimi tanınır.  

 

Brokkoli: Kələm növlərinin tərkibində qlükozinolatlar var. Heyvan və hüceyrələr üzərində aparılan təcrübələrdə xardal yağının şiş hüceyrələrinin böyüməsinə maneə törətməsi müşahidə olunub. “Məsələn, baş kələm prostat və ağciyər xərçənginə təsir edir”, - deyə Münhen Onkologiya Mərkəzinin rəhbəri Folkmar Nüsssler təsdiqləyir.

 

Bu barədə Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir. 

 

Pomidor: prostat xərçəngi riskini azaltdığı bildirilir. Çoxlu pomidor və ya tomat sousu yeyən kişilərdə bu şişin yaranma ehtimalı onu yeməkdən imtina edənlərə nisbətdə 20 faiz aşağıdır. Bunu Amerikalı tədqiqatçıların 2018-ci il üzrə metaanalizi sübut edir.

 

Zəncəfil: iltihab əleyhinə inqrediyenti xüsusilə laboratoriya işlərində xərçəng hüceyrələrinə inhibitor təsiri göstərir. “Bu təsir yoğun bağırsaq, süd vəzisi, prostat, mədəaltı vəzi və ağ ciyər də daxil olmaqla müxtəlif karsinomlarda sübut edilmişdir”, - deyə F. Nüsler bildirib.

 

Tədqiqatçılar xərçəng əleyhinə eyni gücdə olan molekulları pomidor, zəncəfil, yaşıl çay, qaragilə, sarımsaq və sitrus meyvələrində də aşkarlayıblar. Ancaq bu kimi nəticələrə baxmayaraq, ekspertlər xərçəngdən qorunmağa gəldikdə ehtimal olunan super qidalara diqqət yetirməməyi məsləhət görürlər.

 

Buna görə də onkoloqlar çəkini azaltmağı, siqareti və alkoqollu içkiləri buraxmağı, düzgün qidalanmağı məsləhət görürlər. Yağ və şəkər çöküntüləri degenerasiya olunmuş hüceyrələrin böyüməsini sürətləndirir Əgər siz boşqabınızı xırtıldayan salatlar, paxlalı tərəvəzlərlə doldursanız, mədənizdə zərərli qidalar üçün daha az yer qalacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama