Klimaks dövrünü uzatmaq üçün ÇARƏLƏR
06.03.2021 21:44
Qadınlarda erkən menopauza baş verirdikdə onlarda ruh düşkünlüyü, hormonal pozğunluqlar müşahidə olunur. Ən əsası belə qadınların özlərini xəstə hiss etmələri həmişə narahçıqlara səbəb olmaqdadır. Normalda qadınlarda 50 yaşdan sonra klimaks dövrü başlamalıdır lakin sağlam həyat tərzi qura bilən qadınlar bunu ən azı 5-7 il uzada bilərlər.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. O, klimkas dövrünü uzatmağın yollarından danışıb.
Həkim-fitoterapevt qeyd edib ki, 40 yaşdan sonra başlamış klimaks normal hal hesab olunmur. Bju səbəbdən hər bir qadın ən azından 45 yaşdan sonra daha çox diqqət etməli və qeyd olunanlara əməl etməyə çalışmalıdır. Tez-tez abort etdirmək, hamiləliyin qarşısını alan dərmanlardan, hormonal (zob) dərmanlardan çox istifadə etmək , stres, daimi gərgin şəraitdə yaşamaq, piylənmələr, antidepresantalardan çox istifadə, ümumiyyətlə kimyəvi dərmanların çox qəbulu bu dövrü tezləşdirən səbəblərdəndir. Onun sözlərinə görə, klimakterik dövrün gec başlaması üçün qeyd olunanalardan uzaq olmaq və aşağıdakılara əməl etmək lazımdır:
Hicama (həcəmət) və zəli
40 yaşından sonra hər bir qadın hər 2-3 aydan bir başdan kürəkdən və beldən hicama etdirməlidir. Hicama bədəndəki toksinləri xaric edir, yeni qan əmələ gətirir, depresiya əleyhinə təsiri vardır, əhval-ruhiyyəni yüksəldir və sonunda bütün bunlar klimakterik dövrün baş verməsini gecikdirir. İldə 2 dəfə zəli qoyulması da effektivdir. Hər dəfə boyun, kürək, bel, qarın üstü büzdüm nöqtələrinə hər 7 gündən bir 6-8 ədəd zəli qoyulmalıdır. Zəli orqanların qidalanmasını yaxşılaşdırır, qanı duruldur və qan dövranını sürətləndirir.
Güldəfnə (hilba)
Klimakterik dövr baş verəndə qadın hormonları olan progesteron və esterogen istehsalı azalır, bundan sonra menstruasiya dönəmləri yavaş-yavaş gec-gec olmağa başlayır və sonda kəsilir. Bu səbəbdən hormonların miqdarını artıran bitkilər qəbul etmək lazımdır. Bu bitkilərdən biri də güldəfnədir (hilba).
2 ay, gündə 3 dəfə, yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı güldəfnə 1 stəkan suda 5 dəqiqə zəif odda qaynadılır. 10 dəqiqə dəmlənildikdən sonra ilıq vəziyyətdə istəyə uyğun bal qarışdırılaraq içilir. 2 aydan sonra 15 gün fasilə verilir, ərküdə və aslan pəncəsi bitkiləri bir-birinə qarışdırılır, qarışıqdan 2 orta xörək qaşığı 3 stəkan suda dəmlənilir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.
2 ay için, sonra 15 gün fasilə verib soğan suyu içilməlidir. Bunun üçün 4-6 ədəd soğanı 1 litr suda 5 dəq qaynadın, 10 dəq dəmləyin və süzün. Gün ərzində için. Bunu 1 ay edib 10 gün fasilə verin adaçayı bitkisinə başlayın, adaçayını gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suda dəmləyib için. Bunu 20 gün edin və 10 gün fasilə verib müalicəyə yenidən başlaya bilərsiniz.
F.Hüseynov bildirib ki, müalicə dövründə süd məhsullarının qəbulu artırılmaldır.. Bunun üçün ən faydalı olan gündə 2 stəkan kefir içməkdir. İçdiyiniz hər bir stəkana 1 çay qaşığı zəyərək toxumu qarışdırıb için. Hər gün ən azından 30 dəqiqə açıq havada asta-asta gəzin, əsəb sakitləşdirici bitkiləri arada içmək və yaxşı yatmaq çox önəmlidir. Məsələn, axşamlar yatmazdan əvvəl 1 stəkan süddə 1 çay qaşığı çobanyastığı dəmləyib içmək çox faydalıdır.
Həkim əlavə edib ki, ud hindi və qarazirə hormonal pozuntuların qarşısını almaq üçün ən yaxşı vasitələrdəndir. Qarazirənin qəbulu üçün gündə 3 dəfə 1 çay qaşığı toxum ağıza atılır, üstündən su içilir. Qarazirə həm də insanın gec qocalmasına vəsilə olur, dərini parlaq və cavan edir, saçların ağarmasının qarşısını alır, hətta saçları qaraldır və canlı edir. Ud hindi də qarazirə kimi istifadə edilir və növbəli şəkildə hərəsindən 1 ay olmaq üzrə qəbul olunur. Ud hindi və qarazirə həmdə xərçəng xəstəliyindən qoruyur.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

