Azərbaycanla İsrail arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTOLAR 
06.03.2021 12:24

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İsrail Dövlətinin ölkəmizdəki səfiri cənab Corc Dik arasında görüş keçirilib.

 

Aztibb.az xəbər verir ki, Ramin Bayramlı dövlətlərimiz arasında mövcud olan dərin köklərə malik dostluq münasibətlərinin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

 

"Vətən müharibəsi zamanı göstərilən siyasi dəstəyə, həmçinin COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində qəbul edilən metodiki və humanitar tibbi yardıma görə İsrail dövlətinə minnətdarlığımı bildirirəm".

 

R.Bayramlı Səfir Diki Azərbaycanda səhiyyə sahəsində görülən ümumi işlər, ölkədəki epidemik şəraitin son vəziyyəti və vaksinasiya prosesindəki irəliləyişlə bağlı məlumatlandırıb. Sədr həmçinin pandemiya ilə mübarizədə İsrail Dövlətinin səhiyyə sahəsində təcrübələrinin əhəmiyyətindən də danışıb.

 

Səfir göstərilən ehtiram və qonaqpərvərlik üçün TƏBİB rəhbərliyinə təşəkkürünü bildirərək öz növbəsində dostluq və qarşılıqlı əməkdaşlıqdan məmnunluq duyduğunu ifadə edib.

 

Səfir Dik İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinə səfəri haqqında öz təəssüratlarını bölüşərək vəziyyətlə bağlı təəssüf hissi keçirdiyini bildirib.

 

Görüşün sonunda hər iki tərəf səhiyyə sahəsində ölkələrarası münasibətlərin daha da dərinləşməsi və şaxələnməsi istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndiriləcəyinə əminlik ifadə edib.

 

    </p

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub