Peyvənddən sonra qidalanma rejimi
05.03.2021 15:32

Peyvənd vurdurandan sonra qidalanmada zülal, mineral, yağ və vitaminlər vəhdət təşkil etməlidir. Həkimlər xüsusi olaraq vurğulayırlar ki, həmin prosedurdan sonra qida rasionuna daxil edilən ərzaqlar düzgün seçilməlidir.

 

Əsas olaraq müntəzəm və düzgün şəkildə su qəbul edilməlidir. Suya zəncəfil, nanə, yaşıl alma, darçın və iki-üç dilim limon əlavə edərək içilməsi immun sistemi üçün çox faydalıdır. Həkim-terapevtlərin dediyinə görə, bu, həmçinin mədə-bağırsaq sisteminə də müsbət təsir edir. Bundan başqa, həkimlər qeyd edirlər ki, pandemiya dövründə immun sistemini gücləndirən qidalara daha çox üstünlük verilməlidir.

 

Aztibb.az xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Çoxlu tərəvəzlər qəbul edilməlidir. Bununla yanaşı, vitaminlərlə zəngin və mövsümə uyğun olaraq meyvələrdən istifadə edilməsi məqsədəuyğundur. Ət məhsulları, toyuq, balıq məhsulları və göyərtilər mütləq şəkildə rasiona daxil edilməli, xüsusilə tərkibində S vitamini olan qidalara üstünlük verilməlidir. D vitamini olan qidaların - göbələk, kərə yağı, yumurta, avokado və s. də qəbulu məsləhətdir”.

 

Kişmiş, kəvər, göy və qırmızı soğan, sarımsaq, brokkoli və gül kələmi də vitaminlərlə zəngin qidalardır. Peyvənd olunanların xüsusilə spirtli içkilərdən uzaq olması, fast-fud, şirniyyat və un məmulatlarından mümkün qədər az istifadə etməsi tövsiyə olunur.

 

“Yağlı, qızardılmış və qurudulmuş qida məhsullarının qəbulunu məhdudlaşdırmaq lazımdır. Qaynadılmış, buxarda bişirilmiş, kabab formasında olan məhsullardan rahat şəkildə istifadə etmək olar. Normal yuxu rejimi və stresdən uzaq olmaq da peyvənddən sonra yaxşı təsir göstərir”, - deyə həkim-diyetoloq bildirib.

 

Zülalların kifayət qədər qəbulu da əsas amillərdəndir. Bu baxımdan balıq, pendir, lobya, mərcimək, noxud və çərəzlərin yeyilməsi məsləhətdir. Orqanizmdə xəstəliklərin yaranmaması üçün gündəlik qidalanma normasını gözləmək və ona əməl etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev