Pediatrlar üçün uşaqlarda klinik halların idarə olunmasına həsr edilmiş TƏLİM keçirilib
05.03.2021 15:26

Mərkəzi Gömrük Hospitalının həkimləri beynəlxalq pediatrik təlimdə iştirak ediblər.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının pediatrları Fərəh Vahabova, Ülkər Məhərrəmova və Aygün Sadıxova Amerika Ürək Assosiasiyasının təşkil etdiyi “Təkmil pediatrik həyata dəstək” (PALS) təlimində onlayn şəkildə iştirak ediblər.

 

Təlim uşaqlarda müxtəlif klinik halların idarə olunması, o cümlədən aritmiyaların diaqnostikasının, ürək dayanmasının, bradi- və taxi- aritmiyaların müalicəsinin, pediatrik EKQ əsaslarının və digər mühüm mövzuların öyrədilməsinə yönəldilib.

 

Təlimdə iştirak edən həkimlər uşaqlarda aritmiyaların diaqnostikasının və ürək-ağciyər pozuntularının, o cümlədən ürək dayanması və respirator çatışmazlıq hallarının vaxtında aşkar edilməsini və müalicəsini öyrəniblər. Onlar uşaqlarda ürək-ağciyər dayanması hallarının qarşısının alınması, bunun erkən aşkar edilməsi və uğurlu reanimasiya tədbirlərinin tətbiqi ilə tanış olublar.

 

Qeyd edək ki, PALS təlimi Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti və Amerika Pediatriya Akademiyası tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsil və praktik vərdişlərinin təkmilləşdirilməsi üçün nəzərdə tutulan təlim kursudur. Təlimdə iştirak edən həkimlər Amerika Ürək Assosiasiyasının sertifikatına layiq görülüblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır