Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
04.03.2021 15:44

Azad olunmuş ərazilərdə şəraiti, mühiti reabilitasiyanın təşkilinə imkan verən yerlərimiz var. Düşünürəm ki, belə ərazilərdə reabilitasiya mərkəzləri yaratmaq olar. Bununla bağlı planlar var və artıq təkliflər müvafiq qurumlara təqdim edilib.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

 

Departament direktoru bildirib ki, təkliflər qəbul olunarsa, azad edilmiş ərazilərdə də reabilitasiya xidmətinin təşkili üçün mərkəzlər yaradılacaq.

 

Agentlik rəsmisi əlavə edib ki, son 2 ildə 9 yeni reabilitasiya mərkəzi açılıb:

 

"Bu ilin əvvəlində - 250 yataqlıq Şağan Reabilitasiya Pansionatının açılışı oldu. Cari ildə Şəmkir və Qəbələdə hər biri 25 çarpayılıq olmaqla 2 uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır. Bununla yanaşı, Protez Ortopedik İstehsalat Mərkəzi tam təmir olunaraq yeni avadanlıqlarla təmin edilib".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır