Kinkanın faydalı və müalicəvi xüsusiyyətləri
04.03.2021 15:15

Orqanizm üçün bir çox faydaları olan kinkan meyvəsini həm də "yapon apelsini", "müdriklərin qidası" da adlandırırlar. Şərq təbabətində bu meyvədən hələ qədim zamanlardan istifadə olunub.

Aztibb.az kinkan meyvəsinin faydalarını təqdim edir.

Kinkanın tərkibi A, C, E, B qrup vitaminlərlə, həmçinin kalium, kalsium, fosfor, sink, maqnezium, mis və dəmirlə zəngindir.

Bu meyvədən müntəzəm istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq olar. Kinkanın faydalarından biri də odur ki, o, orqanizmin immun sistemini gücləndirir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır.

Kinkan təbii və güclü antioksidant olmaqla sərbəst radikallara qarşı mübarizə aparır. Yüksək qan təzyiqindən şikayətlənənlər üçün təbii dərmandır. Kalsiumla zəngin olduğundan sümüklər üçün də olduqca faydalıdır.

Maddələr mübadiləsini normallaşdırır, həzm sisteminin işini yaxşılaşdırır. Az kalorili olduğundan kinkanı pəhriz qidası kimi istifadə etmək olar. Piylənmədən və artıq çəkidən əziyyət çəkənlər üçün bu meyvə xeyirlidir.


Kinkandan hazırlanmış cövhər ürək-damar sistemi üçün faydalıdır. Bu cövhəri hazırlamaq üçün 500 qram kinkan meyvəsini qabığını soymadan əzmək və 300 qram balla qarışdırmaq lazımdır. Gün ərzində 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı qəbul edilməlidir.


Bu meyvənin tərkibində infeksiyalara - soyuqdəymə, öskürək, tənəffüs yollarının xəstəliklərinı qarşı mübarizə aparmağa kömək edən maddələr.
Mütəxəssislər kinkanı qabıqlı istifadə etməyi məsləhət görürlər.

Allergiyaya meylli olanlar bu meyvədən məhdudiyyətlə istifadə etməlidirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama